Reklam
"Adamı aldadan gümandı elə..." - Fəxrəddin Teyyub
13-07-2025 13:33
Fəxrəddin TeyyubSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Fəxrəddin Teyyub yaradıcılığından:
QAYITMAZ O ÇAĞLAR GERİYƏ BİR DƏ
Axşam o axşamdı, səhər o səhər,
Kimsə deməsin ki, zaman dəyişdi.
Kasıb baş girləyir yenə bir təhər,
Allah, keyfə baxır varlı, nə işdi?
Bilmirəm, nə qədər baxarlar göyə?
Sevinc istəyirəm, kədər verirsən.
Adam ürəyinə yox deyə- deyə,
Ömrü başa vurur, bir də görürsən.
Ümidin yolları qar, sazaq kimi,
Neçə yol boz üzün gördüm həyatın.
Maddiyyat dişlərin yalquzaq kimi,
Qıcadır üstünə mənəviyyatın.
Hamı narahatdı, kimdi arxayın?
Daha yaxşılar da yamandı elə.
Çətin suyu gələ quruyan çayın,
Adamı aldadan gümandı elə.
Savab eləyənlər günah yumaqda,
Sözüm əvvəlki tək yeriyə bir də.
Bəxtəvər vaxtların dadı damaqda,
Qayıtmaz o çağlar geriyə bir də.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 13-07-2025 13:33
Baxış sayı: 3242Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























