Reklam
"Və bir də baxarsan səndən geridə, yollarda piyada bir adam qalıb..." - Elşən Əzim
15-04-2025 14:24
Elşən ƏzimSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasında növbəti şeir ərmağanı Elşən Əzim yaradıcılığından:
İKİLƏŞMƏ
Və bir gün bir adam çıxar qarşına,
qayıdıb səninlə yanaşı gedər.
sən gedən yollarda dörd olar gözü,
nabələd tərpənər, ya naşı gedər.
və baxıb görərsən bu elə sənsən,
göz sənin gözündü, qaş sənin qaşın.
kostyum, qalstuk, köynək səninki,
əyin sənin əynin, baş sənin başın.
və baxıb görərsən əl də sənindir,
ayaq da sənindir, başmaq da sənin.
hardasa dayanıb yol gözləmək də,
harasa tələsib qaçmaq da sənin.
və bir də görərsən dil səninkidir,
dilin danışdığı söz sənin deyil.
o ağız, o burun, o qulaq sənin
amma ikiləşən üz sənin deyil.
əlini salarsan cibinə bəh-bəh
əl sənin əlindi, cib sənin deyil.
bu gələn avtobus gözlədiyindi,
o minib getdiyin CİP sənin deyil.
və bir də baxarsan səndən geridə,
yollarda piyada bir adam qalıb.
yoxdur bənzəriniz bir-birinizə,
yollara göz dikib dəmadəm, qalıb.
Dalidag.az
Kateqoriya: Kəlbəcər / Poeziya-nəsr
Tarix: 15-04-2025 14:24
Baxış sayı: 3700Yazı axını
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar




























