Reklam
"Bəlkə arzulardır durna qatarı..." - Azad Fərhadoğlu
14-07-2025 11:27
Azad FərhadoğluSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Azad Fərhadoğlu yaradıcılığından:
* * *
Həyat dar cığırdır, keçir dumandan,
bilməzsən axırı haraya çıxır.
Bəzən, bir ucqarda, köhnə daxmaya,
bəzən də, bir qolu saraya çıxır.
Nə sirrdir, çalxanır, silkinir elə..
ya.. dünya atmıdır, dəvəmi yoxsa?
Harada düşürür, xəbərin olmur,
bir də baxırsan ki, üstündə yoxsan.
Bəlkə arzulardır, durna qatarı,
adam darıxanda, belə də sanır.
Yox.. biz bu dünyada yoldan keçənik,
nə bilək qatarlar harda dayanır.
Bir iki təsəlli tutalğacmıdır?
adamı saxlayır bu qaçhaqaçdan.
Hardan bilərik ki, - ağac da bilmir,
son yarpaq hansıdır, düşər ağacdan?
Beləcə, çəkilib səssiz bir yerə,
sildim xəyalımdan keçənləri mən.
Düşünüb, bir qara qayanın üstdə,
boş verdim, ömürümdən, içənləri mən.
Çox sonra bildim ki, dünya fanidir,
çoxdannan deyibmiş, köhnə adamlar.
O vaxtan uçulmuş ucqar bir yerəm,
mənim kimisizmi, siz də a damlar!?
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 14-07-2025 11:27
Baxış sayı: 3588Yazı axını
28 / 06 / 2026
28 / 06 / 2026
27 / 06 / 2026
27 / 06 / 2026
26 / 06 / 2026
26 / 06 / 2026
26 / 06 / 2026
26 / 06 / 2026
25 / 06 / 2026
25 / 06 / 2026
25 / 06 / 2026
24 / 06 / 2026
24 / 06 / 2026
24 / 06 / 2026
23 / 06 / 2026
23 / 06 / 2026
22 / 06 / 2026
21 / 06 / 2026
Ən çox oxunanlar





























