Reklam

Murovun etibarlı balası
12-07-2025 17:06
Şəhidlər ölməz, Vətən bölünməz!
Şəhidlik zirvəsinə ucalan Etibar Məmişovun bacı istəyi, nisgilli harayı
Şəhidlik müqəddəsdir! Hər Vətən övladı da bu müqəddəs zirvəyə ucala bilməz! Amma şəhidlik taxt-tacında oturanların elə qəm-kədər dolu bir xatirələri qalır ki, onu yalnız daşıyırsan qəlbində, ürəyində...
Birinci və ikinci Qarabağ döyüşlərində belə şəhidlərimiz Vətənimizin hər guşəsində oldu! Onlardan biri də Kəlbəcərdə dünyaya göz açıb, düşmən gülləsindən yayınmayan, onun uğrunda can verən, igidliyi ilə yanaşı, doğmalarına göz yaşı da qoyub gedən Etibar Məmişovdur!
«SÖYÜDLÜ», MƏN «MUROV”AM, QƏBUL»…
Bu parolu bir-birinə verənlərin səsləri eşidilmir. Çünki onların bəzilərindən 32 ildir ki, soraq yoxdur. Sorağı gəlməyənlər, harayı o ağır günlərdə eşidilməyən igidlərimiz haqqında bu cür ürəkdağlayan yazılar xatirələrə çevrilib. Belə yazılardan birini də Məhəmməd Nərimanoğlunun 1995-ci ildə “Azərbaycan” nəşriyyatında çapdan buraxılan “Yurd göynərtisi” kitabından oxumuşuq. Kitabın tərtibatı da ürək dağlayır: müəllif öz anasının 1993-cü il aprel ayının 2-3-də Murovdağda axtarıb tapanda çəkilən şəklini kitabın cildində verib. Kəlbəcərini, dogma ata-ana yurdunu itirən, Murovdağda göz yaşları buza dönən Güllər nənə sanki şəhidlərimizin anasıdır.
“Yurd göynərtisi” müəllifin sayca ikinci şəhidlər kitabıdır. Kitabda Kəlbəcərin müdafiəsində dayanan və son anda canını bu yolda qurban edən igidlərimizin qısa, lakin şərəfli ömür və döyüş yollarından söz açılır. Gəlin M.Nərimanoğlunun “Söyüdlü”, mən “Murovam”, qəbul…” məqaləsini yenidən oxuyaq:
Qısa tanışlıq: “Məmişov Etibar Xansuvar oğlu 1971-ci ildə Kəlbəcərin Çaykənd kəndində anadan olmuşdur. 1988-ci ildə kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. 1993-cü il aprelin 1-də Murovdağda 6 nəfər döyüşçü dostu ilə birlikdə qəhrəmancasına həlak olmuşdur…
***
…İlk döyüş yolu «Taxta»dan başlanan Etibar sonralar «Söyüdlü» sərhəd məntəqəsinin komandiri Mürşüd Məmmədovun təkidi ilə bu məntəqəyə dəyişdirildi. Çünki Mürşüd Etibarın döyüş qabiliyyətinə bələd idi. Azərbaycanın qala qapısı olan Kəlbəcərin ən təhlükəli sərhəd məntəqəsi sayılan «Söyüdlü» hər an Ermənistan tərəfdən hücumlara məruz qalırdı. Hünərvər oğullar sayıqlıqlarını itirsə, hər şey bircə anda həll oluna bilərdi. Ermənilər məntəqəni darmadağın etmək, Ağdərəyə yol açmaq üçün dəfələrlə bu istiqamətdən hücum etsələr də, cəsur keşikçilərin əzmini qıra bilməmiş, itki verərək, geri çəkilmişdilər. Sərvaxt dayanmışdılar igid keşikçilərimiz, o dəhşətli günlərədək…
Ermənilər Kəlbəcəri işğal edən vaxt «Söyüdlü»dəki qüvvələrimiz Yanşaq istiqamətində geri çəkilməyə məcbur oldu. Etibar atası ilə Yanşaqda görüşdü. Atasını döyüş zolağından uzaqlaşdırdıqdan sonra altı nəfər döyüşçü dostu ilə arxada qaldı. Yaxınlaşmaqda olan düşmən qüvvələrini geri oturtmaq lazım idi. Amma Etibargilin dəstəsi silah və sursat sarıdan ehtiyac içində idi. Hər şey tükənmişdi, bircə qisas hissi qalmışdı. Elə bu hissi də sipər edib ölüm-dirim savaşına qalxdılar. Artıq son patronlar da atılmışdı. Düşmənlə üz-üzə qalmış Etibarın köməyi «dar gün»ə saxladığı patrona gəldi. Düşmənə təslim olmayan cəsur igidlərimizi vəhşicəsinə güllələyən yağılar «Söyüdlü»dən beləcə aldılar qisaslarını. Vaxtilə düşmənə qan udduran igidlərimizin köməyinə çatan olmadı.
O vaxtdan Murovun qarlı zirvəsində bir haray qaldı: «Söyüdlü», mən «Murov»am, qəbul»…
***
Şair Əli Qurban Dastançı şeirlərinin birində yazırdı:
...Bacıların qardaşa məhəbbəti dərindi,
Ürəkləri od kimi, əlləri şox sərindi.
Belə məhəbbət görmədik,-
bacı məhəbbəti kimi.
O əsər qardaş üstə
Nanə yarpağı kimi.
Eişitsə ağrıyır başım,
Bacım dayanmaz, gələr,
Dəryaların suyunu
bir damla sanmaz, gələr.
Anam deyər:-Ay bala,
üst-başın nə gündədli?!
Gözümü açaram ki,
başımın üstündədi...
***
Bəli, bacıların qardaşa sevgisi Tanrının qəlbən yaratdığı ülvi hisslərdir, bəlkə də analarda bu, bir az zəif olur.
Şəhid Etibar Məmişovun bacısı Həqiqət müəllimənin qardaşı haqqında düşüncələrini həyacansız oxumaq olmur. Amma mən oxudum və sizlərə də təqdim edirik.
***
...1993-cü ilin aprel ayının 1-də atamla son görüşü oldu Etibarın. Bir də görüşləri məhşərə qaldı... Beləcə, bir ömür boyu yolunu gözlədik...
...32 il əvvəl itkin düşən Mehman Musayevin nəşi bu günlərdə tapıldı və aydın oldu ki, o zaman Mehman Musayev Sevda Əliyeva ilə nişanlı imiş. İllər boyu nişanlısının yolunu gözləyən Sevda xanım onsuz da qaysaq tutmayan yaramızı təzələdi...
Bir xəbərin izi ilə yaddaşımı o qan-qadalı bahardan öncəyə çəkirəm: itkilərimizin olmadığı o bahar, kəndimiz həmişəki kimi, səs-sədalı ev də, elə bəxtəvər çağlar da...
Ata-anamın da hələ ürəyi nisgildən dağ-dağ olmadığı günlərə dönürəm. Atamın Etibar balası özünə yar seçibmiş. Evimizdə qəribə bir sevinc var: toy olacaq... “Vağzalı” səsi bürüyəcək kənd-kəsəyi...
Maraqlıdır: kimdi Etibarımızın sevdiyi-yarı?! Bilməyəcəyik, bir ömür sirr qalacaq, necə ki, 32 il bunu bilən olmadı.
Doqqazımızın ağzındakı şəhid stendinə baxıram, sanki viran qalan evimizə keşik çəkir qardaşım. Bir anlıq hərbi paltarı yoxa çıxır gözümdə. O gözəl qamətinə bəy libası geyinir Etibarım. Sonra toy karvanı, sonra ata-anamın xeyir duası...

...Və bir də acı gerçəklik: bir nişanəsi olmayan, hətta məzarı qalmayan Etibarın acısı-ağrısı gözlərimzidə qəm leysanına dönən alın yazısı...
Bu dünyanın, sən demə, ən ağır yükü imiş yol gözləmək. Biz illər boyu bu dərdlə qol-boyun yaşadıq. Atam da, anam da bu dərdi özlərilə əbədiyyətə apardılar. Yol gözləyə-gözləyə, gözləri yollara dikili tərk elədilər bu Etibarsız dünyanı,ömürləri də yarım qaldı balasının tale yazısı kimi.
Biz yaşadıqmı?! Ürəyimizdə kök saldı bu dərd: bir gözümüz güləndə digəri ağlar qaldı. Sınıq bir ürəklə yaşadıq. İllər bir-birinin üstünə qalaqlandıqca ümidlərimiz azaldı, amma üzülmədi. Hər açılan yeni səhərdən bir xəbər gözlədik-itkindən soraq umduq. Anamın dilində bitən bir ağının yanğısı ərşi titrədərdi:
Əzizim balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs mənim balam hanı?!
Haçan ki “şəhid nəşi tapılıb”xəbəri eşidildi, əlim ürəyimin üstə gəlir. Onun titrəyişini dinləyərəm: “Bəlkə Etibardı?!” Sonra da bu qara-qura fikirdən uzaqlaşmaq istəyirəm: “Yox-yox! Olmaz! O, bir gün sağ-salamat qayıdacaq, açacaq illərlə bağlıq alan ömür və həyat qapımızı!”
Ehh, qapımızmı var?! Atamı var, anamı var?! Yoxsa, yolunu gözləyən yarmı var?! Hamısı dünəndə, keçmişdə qaldı…
21 illik ömürdən geriyə nə qaldı: intizarlı göz yaşı və bir də uzaqdan közərən bir ümid: “bəlkə bir gün o da gələr…?!”
Mümkünmü ilahi?! Sağ-salamat dönməsi mümkünsüzdü, bilirik. Amma bir gün Etibarımın da nəşinin tapılacağına inanmaq istəyirəm.Toy karvanı olmadı, barı şəhid karvanlı bir məzar yeri olsun qardaşımın. Axı, o, həmişə hər kəsə etibarlı olub, bəlkə bizim də gözümüz yığılsın bu yollardan…
Həqiqət Məmişovanın qəm yüklü fikirlərini qələmə aldı:
Nigar İmamverdiqızı (Qaybalıyeva),
AJB-nin üzvü,
“Yenilik-press” qəzetinin redaktor müavini
Dalidag.az

Yazı axını
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar