Reklam
Bakıda Zəfər paradı keçirildi - VİDEO
08-11-2025 15:20
Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib.Dalidag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər.
Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib.
Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı paradda çıxış edbi.
Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Daha sonra Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış edbi.
Dövlət başçılarının çıxışlarından sonra Hərbi parad başlayıb.
Hərbi parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, “Zəfər” və “Qarabağ” ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq edir.
Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət Bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət Bayrağının ardınca Azərbaycan Ordusunun və hərbi əməliyyatlarda xüsusilə fərqlənən birləşmələrin Döyüş bayraqları Azadlıq meydanına gətirilib.
Daha sonra hərbi texnikaların keçidi başlayıb.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 08-11-2025 15:20
Baxış sayı: 4142Yazı axını
19 / 02 / 2026
19 / 02 / 2026
18 / 02 / 2026
18 / 02 / 2026
18 / 02 / 2026
17 / 02 / 2026
17 / 02 / 2026
17 / 02 / 2026
15 / 02 / 2026
14 / 02 / 2026
14 / 02 / 2026
13 / 02 / 2026
13 / 02 / 2026
12 / 02 / 2026
12 / 02 / 2026
12 / 02 / 2026
11 / 02 / 2026
11 / 02 / 2026
10 / 02 / 2026
09 / 02 / 2026
09 / 02 / 2026
08 / 02 / 2026
07 / 02 / 2026
06 / 02 / 2026
Ən çox oxunanlar










.jpg)
















