Milli Məclisin daha bir passiv deputatının adı məlum olub.
Parlamentin gənc deputatlarından biri Mircəlil Qasımlı plenar iclaslarında heç vaxt çıxış etmədiyi üzə çıxıb. Qanunverici orqanın fəaliyyətini işıqlandıran jurnalistlərin dediyinə görə, Mircəlil Qasımlı nəinki Milli Məclisin sessiyalarında, hətta komitələrin iclaslarında da çıxış etmir.
Parlament jurnalistləri gənc deputatla bağlı maraqlı müşahidələrini bölüşüblər. Onlar plenar iclaslarda danışmağa meylli olmayan Qasımlı şəkil çəkdirməyə çox həvəsli olduğunu bildiriblər. Qeyd ediblər ki, deputat hər iclasda ən azı 3-4 şəkil çəkdirərək özünün sosial şəbəkə hesabında paylaşır.
Mircəlil Qasımlı 1992-ci ildə anadan olub. O, 23 yanvar 2024-cü ildə 123 saylı Kəlbəcər seçki dairəsindən Milli Məclisin deputatı seçilib.
Əlavə edək ki, ‘parlament’ sözü fransızca ‘danışmaq’ ifadəsindən götürülüb və ‘fotostudiya’ mənasına gəlmir.(azerbaycan24)
Reklam
Bu deputat Milli Məclisə şəkil çəkdirməyə gəlir – Çıxış etdiyini hələ görən olmayıb…
14-11-2025 17:34
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 14-11-2025 17:34
Baxış sayı: 2372Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar

































