27 sentyabr “Anım Günü” ilə əlaqədar şəhid Seymur Bəylərovun ailəsi ziyarət edilib - FOTOLAR

15-09-2025 17:03
Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik Zöhrab Camalov 27 sentyabr “Anım Günü” ilə əlaqədar şəhid Bəylərov Seymur Səlyəddin oğlunun ailəsini ziyarət edib. 

Dalidag.az xəbər verir ki, 44 günlük Vətən müharibəsindən və uğurlu Antiterror əməliyatından söz açılıb. Şanlı Zəfərin sevincini xalqımıza bəxş edən  qəhrəman şəhidlərimizin  keçdiyi şərəfli döyüş yolundan bəhs edilib və vurğulanıb ki, Seymur kimi  oğullarımızın qəhrəmanlıq səlnaməsi gənc nəsillər üçün bir örnəkdir və onların irisi daima yaşadılacaq, xalqımız tərəfindən əziz xatirələri ehtiramla yad ediləcəkdir.
Qeyd edək ki, şəhid Bəylərov Seymur Səlyəddin oğlu 24 iyun 1996-cı ildə Samux rayonunun Qarayeri kəndində anadan olub. 2003-cü ildə Samux rayonu Qarayeri kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2014-cü ildə orta məktəbi bitirib.
Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ildə Naxçıvan MR-in N saylı hərbi hissəsində hərbi xidmətini başa vuran Seymur hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2017-ci ildən etibarən Silahlı Qüvvələrin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib.
27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 28 sentyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 28 oktyabr 2020-ci ildə Samux rayon Qarayeri kəndində dəfn edilib.
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Suqovuşanın azad olunması” və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.   
 
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildiriblər.

Dalidag.az







Kateqoriya: Karusel
Tarix: 15-09-2025 17:03
Baxış sayı: 3583
Müəllif: Cornelius
Tarix: 11 aprel 2026 02:21
Hey there

I wanted to reach out and let you know about our new dog harness. It's really easy to put on and take off - in just 2 seconds - and it's personalized for each dog.
Plus, we offer a lifetime warranty so you can be sure your pet is always safe and stylish.

We've had a lot of success with it so far and I think your dog would love it.

Get yours today with 50% OFF: https://caredogbest.com

FREE Shipping - TODAY ONLY!

Sincerely,

Cornelius
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını