Reklam

“Başlıbel: yaranışdan işğaladək” kitabının imza günü keçirildi -FOTOLAR
19-07-2025 12:08

Dalidag.az xəbər verir ki, tədbir iştirakçıları “Başlıbel: yaranışdan işğaladək” kitabını qədim tarixi, özünəməxsus adət-ənənəsi olan bir kəndin dünəninə güzgü tutan sanballı bir toplu olaraq dəyərləndirdilər. Qeyd olundu ki, “Başlıbel: yaranışdan işğaladək” kitabı bir çox tarixi məqamları özündə əks etdirir.

Kitabın redaktoru Süleyman Qaradağlının aparıcılığı ilə keçən mərasimdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad elmləri namizədi Ənvər Salahov, Başlıbel kənd orta məktəbinin müəllimi Əhliman Mirzəyev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, mühəndis Arif Süleymanov, şair - jurnalist Namiq Dəlidağlı, müəllimlərdən Həqiqət Şükürova, Vəsilə Cəfərova, həkim Hafis Hüseynov və başqaları arxiv sənədləri və ağsaqqalların, yaşlı sakinlərin xatirələri əsasında hazırlanan kitabın yaxşı mənbə olduğunu bildiriblər. Qeyd edilib ki, rayonun ən böyük kəndində ilkin məskunlaşma, kolxoz quruculuğu və kollektivləşmə, repressiya, İkinci Dünya müharibəsi və sonrakı illərdə baş verən hadisələr, həmçinin sosial, mədəni və təhsil sahəsində görülən işlər, habelə adət-ənənələr, toponimlər və s. dolğun şəkildə öz əksini tapıb.
Sonra kitab müəllifin imzası ilə tədbir iştirakçılarına hədiyyə edilib.
Dalidag.az











Yazı axını
08 / 08 / 2025
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
Ən çox oxunanlar
08-08-2025 19:24

01-08-2025 13:57
