Reklam
"Daha gözləmirəm məktublarını..." - İqbal Nəhmət
09-07-2025 13:40
İqbal NəhmətSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəri şeir ərmağanı İqbal Nəhmət yaradıcılığından:
NƏ YAXŞI YADINA DÜŞMÜŞƏM SƏNİN...
Nə yaxşı yadına düşmüşəm sənin,
Yadına düşdüyüm yadıma gəlmir.
Daha gözləmirəm məktublarını,
Ya da göndərirsən adıma gəlmir.
Qısa rol oynadıq böyük səhnədə
Yaşanan hər şeyi tamaşa bildik,
Bəxti gətirməyən sarmaşıq kimi,
Biz ancaq tikana dolaşa bildik,
Əcəb yolun tapdıq nəfəs almağın,
Gör nələr boğuldu nəfəsimizdə.
Dünəni yaşaya bilmədik heyif,
Sabaha qalmadı həvəsimiz də.
Nə yaxşı yadına düşmüşəm sənin
Nə əcəb bir anım ilişib səndə.
Mənə xatirələr bəs eləmişdi,
İndi nə olacaq biz görüşəndə.
Yadına düşmüşəm sevindim buna,
Bir az da üzüldüm çox yubanmısan.
Bizim tüstümüzü görən olmayıb,
Mən burda, sən isə orda yanmısan.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 09-07-2025 13:40
Baxış sayı: 3411Yazı axını
28 / 08 / 2026
28 / 08 / 2026
27 / 08 / 2026
27 / 08 / 2026
26 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
23 / 08 / 2026
22 / 08 / 2026
22 / 08 / 2026
21 / 08 / 2026
20 / 08 / 2026
19 / 08 / 2026
19 / 08 / 2026
19 / 08 / 2026
18 / 08 / 2026
17 / 08 / 2026
13 / 08 / 2026
Ən çox oxunanlar




























