Reklam
"Bir də baxıb görürsən yiyəsizdi ürəyin..." - Vasif Zöhraboğlu
07-07-2025 15:20
Vasif ZöhraboğluSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Vasif Zöhraboğlu yaradıcılığından:
MƏN DƏ BELƏ ADAMAM...
Mən də belə adamam, qına məni əzizim,
Bir bəhanə gəzirəm öz evimi yıxmağa,
Eləki axşam düşür, çəkilirəm özümə,
Sənsizliyi götürüb gedirəm darıxmağa.
Ovuc-ovuc tökülür, çiliklənir ümidlər,
Səkilərin üstündən daşlananda şüşəsi.
Göz işləmir küçənin sükutunu yarmağa,
Pəncərə gözlüklərin yaşlananda şüşəsi.
Sevinci nə olacaq quruyanda dodağı,
Kəpənək qanadından külək uman çiçəyin.?
Bir də baxıb görürsən ömrün axırındasan,
Bir də baxıb görürsən yiyəsizdi ürəyin.
Çəkilərsən çarmıxa bundan belə gizlicə
Böyüyər göy üzünə Tanrı çəkən yolların.
Qopub düşər sükutlu baxışların altına,
Qopub düşər çarmıxdan xaç şəkilli qolların.
Çarmıxına daş atar gələn-gedən xəlvətcə,
Kiridərsən içində bu bədheybət qorxunu.
Uzanar göy üzünə yerə düşən qolların,
Diksinərsən, pozarsan çarmıxdaki yuxunu.
Mən də belə adamam, qına məni əzizim,
Bir bəhanə gəzirəm öz evimi yıxmağa,
Eləki axşam düşür, çəkilirəm özümə,
Sənsizliyi götürüb gedirəm darıxmağa.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 07-07-2025 15:20
Baxış sayı: 3293Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























