Kəlbəcər rayonunun Mozqaraçanlı kəndi ərazisində ağackəsmə faktı ilə bağlı Rayon Polis Şöbəsində prosessual araşdırmalara başlanılıb. Dalidag.az -ın xəbərinə görə, bununla bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Azərbaycanda oktyabrın 22-si saat 11:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə olunub. Dalidag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, bəzi yerlərdə yağıntılar arabir leysan xarakterli olub, yüksək dağlıq ərazilərdə - Şahdağ və Kəlbəcərdə isə qar yağıb.

Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər rayonunun 27 illik işğaldan azad olunaraq öz doğma sakinlərinə qovuşmasından 5 il ötür. Bu illər ərzində bölgənin yenidən dirçəldilməsi istiqamətində mühüm infrastruktur layihələri həyata keçirilib, yeni yaşayış məhəllələri inşa edilib. Dalidag.az xəbər verir ki, Kəlbəcərdə istifadəyə verilən ilk yaşayış massivinin sakinlərindən biri də Uğurluyevlər ailəsidir. Kəlbəcər sakini Hikmət Uğurluyev 27 illik həsrətin ardından doğma yurda qayıtmağın həm

"Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinin təşəbbüsü ilə Kəlbəcər şəhərində genişmiqyaslı ümumşəhər iməcliyi keçirilib. Dalidag.az xəbər verir ki, məqsəd şəhər ərazisində təmizlik və abadlıq işlərinin aparılması, ekoloji mədəniyyətin təşviqi, eləcə də ictimai fəallığın artırılması olub. İməclikdə “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin əməkdaşları, şəhər sakinləri, məktəblilər, eləcə də dövlət müəssisələrinin nümayəndələri iştirak

Eldar Həsənov Qədim türk törəsində dövlət millətin malik olduğu ən qiymətli sərvət hesab edilir. Dövlətin varlığı millətin ən güvəncli və təhlükəsiz yaşam göstəricisidir. Təsadüfi deyil ki, əski çağlardan babalarımız dövlətə ana deyib, onu öz canları və qanları bahasına hər bir bəladan qorumağa çalışıblar. Unutmayaq ki, nə ana haqqı, nə də dövlət haqqı heç nə ilə ödənilməz. Şükürlər olsun ki, bu gün başımız üstündə anamız Azərbaycanın üçrəngli bayrağı dalğalanır və dövlətimiz də öz qüdrətini

Ata yurdu Kəlbəcəri görməmişdi. Gözəlliklər diyarı olan bu məkan haqqında valideynlərinin danışığından eşitmiş və oranı görməyi çox arzulamışdı. Şanlı Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad etdikdən sonra dəfələrlə Kəlbəcərə getmək,oranın gözəlliklərini öz gözləri ilə görmək istəmişdi. Lakin oraya ancaq təsərrüfatı olan vətəndaşların getməyinə icazə verirdilər. Həyat yoldaşı, Başlıbel kənd sakini ,1993-cü il təvəllüdlü Həşimov Faiq Fərhad oğlu təsərrüfatındakı mal-qaranı bu yay

Namiq Dəlidağlı Bəşəriyyətin Ulu çağlarından bu günə kimi söz ən qüdrətli təsir vasitəsidir. İnsan ölür, söz yaşayır. Söz daimidir, həmişəyaşardır, amma baxır hansı söz… Şairlər üzünə söz tutub ölür, söz tutub üzünə gedir şairlər Haqqın dərgahına və ayağına. Bir az yüngül olur şair cəzası, Sözə bağışlanır nə günahı var… yazır haqqında söz açacağım söz adamı Namiq Dəlidağlı. “Dəlidağın güllərindən şirə çəkib, şeir hörən“ N.Dəlidağlı istər şair kimi, istər sə də jurnalist kimi Ulu sözün keşiyini

Kəlbəcərə yola salınan növbəti köç karvanı şəhərə çatıb. Dalidag.az xəbər verir ki, bu mərhələdə şəhərə 29 ailə (115 nəfər) köçürülüb. Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu köçlə Kəlbəcərə qayıdan ailələrin sayı 81-ə (337 nəfər) çatacaq. Dalidag.az

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dalidag.az xəbər verir ki, yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb. Bu mərhələdə Kəlbəcər şəhərinə ümumilikdə 139 nəfər olmaqla 32 ailə köçürülüb. Bununla da Kəlbəcərə köçürülən sakinlərin sayı 223 nəfərə (52 ailə) çatdırılıb. Dalidag.az

15 Sentyabr – Bilik Günü münasibətilə 33 illik fasilədən sonra, Kəlbəcərdə ilk dərs zəngi çalınıb. Dalidag.az xəbər verir ki, şəhərdə ikşğal dövründən sonra inşa olunan ilk tədris ocağı modul tipli binada fəaliyyətə başlayıb. Bina məktəblilərin təhsillərini davam etdirmələri üçün müvəqqəti olaraq təşkil edilib. Kəlbəcər şəhərində 2,24 hektar ərazidə müasir təhsil kompleksinin inşası davam edir. Kompleksdə 528 şagird üçün ümumtəhsil orta məktəb, 80 yerlik uşaq bağçası, 7 peşə təhsili üçün
Yazı axını