Reklam
Arif Süleymanov: "Başlıbel şəhidləri məzarlığının abadlaşdırılması məsələsini özümə mənəvi borc bilirəm" - (MÜSAHİBƏ)
12-08-2026 19:17
DAĞLAR QOYNUNDAKI ŞƏHİD MƏZARLIĞI ABADLAŞDIRILDI
Kəlbəcər rayonunun Başlıbel kəndindəki Şəhidlər qəbiristanlığında həmin kəndin yetirməsi, xeyriyyəçi Arif Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə yenidənqurma işləri davam edir.
Bu günlərdə Arif Süleymanovun rəhbərliyi ilə Şəhidlər qəbiristanlığının giriş hissəsini yeni körpüyə birləşdirən pilləkən inşa olundu. Çətin relyefli dağ şəraitində tikinti işləri aparmaq olduqca ağır zəhmət tələb etsə də bu işin həyata keçirilməsində iştirak edən bütün insanlar həvəslə çətinliklərin öhdəsindən gəlirdilər. İSUZU markalı 7 metr uzunluğu olan yük maşınının sürücüsü Məhərrəm Azadov tikintidə işlədiləcək mişar daşlarını maşına yükləyən Asəf Muxtarova və Xalid Həmidova dəfələrlə deyirdi ki, daşı bir az çox yığın, bu azdır, işin hamısını başa vurmağa çatmayacaq. Mən yolların sərt yoxuşlu və çətin olmasını sürücüyə xatırlatsam da, sürücü gülümsəyərək cavabında "Bu maşını sürən oğlan Kəlbəcərdə doğulub, dağ yolları onu heç zaman qorxutmayıb" -deyə məni sakitləşdirdi.
Tikinti gedən ərazidə Başlıbel kəndindən olan fermer təsərrüfatlarının işçiləri ilə bərabər Arif Süleymanovun rəhbərlik etdiyi "İnterenerqo" MMC- nin əməkdaşları Sirac Muxtarov, Maarif Muxtarov, Mehman Sadıqov mişar daşlarını, qumu və sementi bu yaxınlarda istifadəyə verilmiş asma körpü vasitəsi ilə çiyinlərində Şəhidlər qəbiristanlığına daşıyırdılar. Mehman Sadıqov həm də qaynaq işlərini həyata keçirirdi. Tikinti materiallarının daşınması işində onlara Başlıbel kənd sakinləri Xasay Salahov, Asəf Muxtarov, Xalid Həmidov, Fehruz Mamedov, Murad Hüseynov, Əli Məmmədov, Şirvan Mənsimov və əslən Kəlbəcər rayonunun İstibulaq kəndindən olan sürücü Məhərrəm Azadov həvəslə kömək edirdilər. Gün ərzində çəkilən zəhmət axşama doğru öz bəhrəsini verdi. Asma körpüdən Şəhidlər qəbiristanlığına qədər olan hissədə pilləkənin quraşdırılması işi başa çatdı.
İşlərin başa çatması ərəfəsində Arif müəllim yenicə quraşdırılmış oturaçaqda yorğun halda əyləşib işləyənləri müşahidə edirdi. Yaxınlaşıb müəllifi olduğu bu yenidənqurma işinin hansı zərurətdən irəli gəldiyi barədə sual verdim.
- Arif müəllim, artıq neçə günlərdir ki, Başlıbel şəhidləri qəbiristanlığında sizin təşəbbüsünüz , maliyyə dəstəyiniz və rəhbərliyinizlə yenidənqurma işlərinə başlanılması barədə mətbuatda və sosial şəbəkələrdə məlumatlar yayılmışdır. Bu yenidənqurma işlərinin hansı zərurətdən irəli gəlməsi barədə Sizdən eşitmək yaxşı olardı.
- İlk olaraq, bizim bu şəhidlərin nəşlərini dövlət orqanları tərəfindən buradan çıxarılaraq Bakı şəhərinə aparıb ekskuamasiyadan keçirdikdən sonra qaytarıb yenidən burada dəfn edəndə biz ayıldıq ki, hansı vəziyyətdəyik. Yəni, hamımız üçün müqəddəs olan şəhidlərimiz harada dəfn olunub, necə bir yerdə dəfn olunub, bundan xəbərsiz idik. Amma ekskuamasiya ərəfəsində şəhidlərimizin necə bir yerdə dəfn olunduğunu gördük. Torpaqlarımız işğaldan azad olunandan bir il sonra biz buraya gəlib şəhidlərimizin dəfn olunduğu yeri gördük,. Nə qədər çətin şəraitdə , düşmənin kəndimizdə soyğun və qarətlə məşğul olduğu bir vəziyyətdə mühasirədə qalan və bu kahalardakı gülləborandan sağ çıxan həmkəndlilərimiz bu 12 şəhidi təxminən bir ay müddətinə dəfn edə biliblər. O zaman vəziyyət çox ağır idi , ona görə ki, kənddə qarətlə məşğul olan ermənilər bu qarşıda gördüyünüz yaylaqlara qədər çıxıb mal-qaranı aparmaqla məşğul idi. Hər dəqiqəsi təhlükəli olan dəfn prosesinin niyə məhz belə çətin yerdə baş tutması da həmin təhlükə ilə əlaqədar idi. Ona görə də əvvəlcə bu çətinliyi başa düşmək lazım idi ki, adamların cəsədləri çöldə vəhşi heyvanlara yem olmasın. Bu dəfnin belə bir çətin relyefli ərazidə həyata keçirilməsi həmin qanlı hadisədən sağ çıxan adamların öldürülənlər qarşısında son borcu idi. Bu 12 şəhiddən başqa kəndin digər ərazilərində öldürülənlər də var idi ki, onların bəzilərini burada sağ qalanlar sonralar gizli şəkildə kənd ərazisini gəzərkən müəyyən etmiş, Tutu nənənin nəşini Başlıbel binəsində dəfn etmişlər. Digər şəhidlərimiz də omuşdur ki, həm kənd ərazisində , həm də yolda Kəlbəcəri tərk edib canını qurtarmaq istəyən zaman ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdilər , onların harada dəfn olunması və ya nəşinin tapılması barədə məlumat almaq hələ də mümkün olmayıb.
Bu Şəhidlər qəbiristanlığının abadlaşdırılmasını biz özümüzə bir mənəvi borc hesab etdik. Biz fikirləşdik ki, elə bir abadlaşdırma işi edək ki, həm maarifləndirici nöqteyi-nəzərində, həm də bir mənəviyyat borcu kimi bi işin görülməsi vacib idi . Dəfələrlə şəhidlər ailəsi olaraq biz yığışdıq , məktublar yazdıq, ziyalılarımız da bu işə qoşularaq dövlət orqanlarından bu qəbiristanlığın abadlaşdırılması üçün icazə istədik. Ancaq dörd il keçməsinə baxmayaraq, təəssüf ki, bu icazəni ala bilmədik. Bu da başa düşüləndir, çünki belə hallar Qarabağın çox kəndlərində və şəhərlərində mövcuddur. Hər yerdə kütləvi qətliamlar törədilmiş, kütləvi məzarlıqlar salınmışdır. Yaxın bir neçə il ərzində bütün bu məzarlıqların hamısının dövlət səviyyəsində abadlaşdırılması mümkün deyil. Ona görə də bu il belə bir qərar verdik ki, bu şəhidlər məzarlığını abadlaşdıraq. Layihələndirmə işini mən öz üzərimə götürərək ilkin variant kimi kiçik bir layihə hazırladım. Layihədə yerli şərait və relyef quruluşu nəzərə alındı. İlkin olaraq az da olsa , eskizlər və fotolar oldu. Relyefin mürəkkəbliyini nəzərə almaqla ilk işlərə başladıq. Biz ilk olaraq işə öz işçilərimizlə başladıq. İşə başlayanda kənddə fermer təsərrüfatı ilə məşğul olan insanlar bizə həvəslə kömək etməyə başladılar. Çətin relyfli ərazidə maşın yolunun olmadığı bir şəraitdə 280 metrlik məsafədən kiçik bir körpünün üzərindən keçərək 13 -14 ton mişar daşı, 2 ton sement, 6 ton qum və şeben hamısı adamların çiynində qəbiristanlığa daşındı. Bu ağır işdə əməyi keçən hər bir kəsə dərin təşəkkürümüzü bildiririk. Əvvəlcə kənddən şəhidlər qəbiristanlığına qədər olan yola əl gəzdirdik ki, buraya yük maşını gələ bilsin. Ağdam-Tərtər zonasından bizim ekskovator gəldi. Yollarda düzəliş etdik ki, ağır tonlu yük maşını həmin yolla hərəkət edib tikinti materiallarını buraya çatdıra bilsin. Artıq 2 aya yaxındır ki, burada bizim işimiz gedir. Qəbirlərin üstünü götürdük. Sonra bütün Başlıbel şəhidlərinin adı yazılmış xatirə lövhəsinin də bu qəbiristanlıqda olmasını vacib saydıq. Ona görə ki, bir yerdə bizim 12 nəfər şəhidimiz var,yaxın 200 metrlikdə 13-cü şəhidimiz var, qalanları kənarlarda dəfn olunub. Digər bir nəşi tapılmış şəhidimiz, hansı ki, öz ailəsinin arzusu ilə kənd qəbiristanlığında dəfn olunub. Beləliklə, 14 mülki şəhid Başlıbel kəndində dəfn olunub. 27 mülki şəhddən 12 nəfərinin dəfn yerləri məlum deyil.
Həmin lövhədə hərbi şəhidlərimizin də adlarını yazmağı vacib bildik. Belə ki, Vətən uğrunda canlarını qurban verən adamların adlarının hamısının bir yerdə olması vacibdir. Ona görə ki, kənardan ziyarətə gələn qonaqların bu lövhəyə baxanda bir təsəvvürü olmalıdır ki, bir kəndin itkisi nə dərəcədədir.
Bu gün burada çalışan adamların hamısı o ad ilə çalışırlar ki, şəhidlərimizin ruhu şad olsun. Mən və kiçik qardaşım Qalib Əvdüləliyev də ona çalışdıq. Bu gördüyünüz asma körpü də onun ideyası və maliyyə dəstəyi ilə reallaşdırılmışdır. Buranın relyefi elədir ki, çayın üstündəki balaca körpüdən keçməklə 280 metrlik çətin güney yolunu ziyarətçilər qət edərək Şəhidlər qəbiristanlığına çata bilirdilər. Asma körpünün inşasından və bu korpünün yanınadək maşın yolunun açılmasından sonra isə ziyarətçilər 10 metrə yaxın hündürlüyü olan 38 metrlik asma körpüdən keçməklə rahat bir şəkildə şəhidlərimizin məzarlarını ziyarət edəcəklər. Hələlik gördüyümüz işlər bunlardır. Gələcəkdə də lazım olduğu qədər abadlaşdırma işləri olacaqdır. Mən birada çalışan bütün insanlara təşəkkür edirəm. Fikirləşirəm ki, birada işləyən insanların zəhmətini dəyərləndirmək üçün yaxın gələcəkdə onların hamısının adlarını əks etdirən xatirə lövhəsi də düzəldək ki, buraya gələn ziyarətçilər bu çətin relyefli ərazidə şəhidlərimiz üçün necə təmənnasız zəhmət çəkdiklərinin şahidi olsunlar və hər kəs də onlara minnətdar olsun. Bu şəhid məzarlığının abadlaşdırılması məsələsini də mən özümə bir mənəvi borc bilirəm və o borcun yerinə yetirilməsini vacib saydım. Ona görə də bu işləri gördük. Köməyi keçən hər kəsə bir daha təşəkkürümü bildirirəm.
-Arif müəllim, çox sağ olun ! Allah canınızı həmişə sağ eləsin ! Gördüyünüz bu xeyirxah işə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm!
Müsahibəni qələmə aldı: Oqtay SALAHL,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Dalidag.az






Kəlbəcər rayonunun Başlıbel kəndindəki Şəhidlər qəbiristanlığında həmin kəndin yetirməsi, xeyriyyəçi Arif Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə yenidənqurma işləri davam edir. Bu günlərdə Arif Süleymanovun rəhbərliyi ilə Şəhidlər qəbiristanlığının giriş hissəsini yeni körpüyə birləşdirən pilləkən inşa olundu. Çətin relyefli dağ şəraitində tikinti işləri aparmaq olduqca ağır zəhmət tələb etsə də bu işin həyata keçirilməsində iştirak edən bütün insanlar həvəslə çətinliklərin öhdəsindən gəlirdilər. İSUZU markalı 7 metr uzunluğu olan yük maşınının sürücüsü Məhərrəm Azadov tikintidə işlədiləcək mişar daşlarını maşına yükləyən Asəf Muxtarova və Xalid Həmidova dəfələrlə deyirdi ki, daşı bir az çox yığın, bu azdır, işin hamısını başa vurmağa çatmayacaq. Mən yolların sərt yoxuşlu və çətin olmasını sürücüyə xatırlatsam da, sürücü gülümsəyərək cavabında "Bu maşını sürən oğlan Kəlbəcərdə doğulub, dağ yolları onu heç zaman qorxutmayıb" -deyə məni sakitləşdirdi.
Tikinti gedən ərazidə Başlıbel kəndindən olan fermer təsərrüfatlarının işçiləri ilə bərabər Arif Süleymanovun rəhbərlik etdiyi "İnterenerqo" MMC- nin əməkdaşları Sirac Muxtarov, Maarif Muxtarov, Mehman Sadıqov mişar daşlarını, qumu və sementi bu yaxınlarda istifadəyə verilmiş asma körpü vasitəsi ilə çiyinlərində Şəhidlər qəbiristanlığına daşıyırdılar. Mehman Sadıqov həm də qaynaq işlərini həyata keçirirdi. Tikinti materiallarının daşınması işində onlara Başlıbel kənd sakinləri Xasay Salahov, Asəf Muxtarov, Xalid Həmidov, Fehruz Mamedov, Murad Hüseynov, Əli Məmmədov, Şirvan Mənsimov və əslən Kəlbəcər rayonunun İstibulaq kəndindən olan sürücü Məhərrəm Azadov həvəslə kömək edirdilər. Gün ərzində çəkilən zəhmət axşama doğru öz bəhrəsini verdi. Asma körpüdən Şəhidlər qəbiristanlığına qədər olan hissədə pilləkənin quraşdırılması işi başa çatdı.
İşlərin başa çatması ərəfəsində Arif müəllim yenicə quraşdırılmış oturaçaqda yorğun halda əyləşib işləyənləri müşahidə edirdi. Yaxınlaşıb müəllifi olduğu bu yenidənqurma işinin hansı zərurətdən irəli gəldiyi barədə sual verdim.
- Arif müəllim, artıq neçə günlərdir ki, Başlıbel şəhidləri qəbiristanlığında sizin təşəbbüsünüz , maliyyə dəstəyiniz və rəhbərliyinizlə yenidənqurma işlərinə başlanılması barədə mətbuatda və sosial şəbəkələrdə məlumatlar yayılmışdır. Bu yenidənqurma işlərinin hansı zərurətdən irəli gəlməsi barədə Sizdən eşitmək yaxşı olardı. - İlk olaraq, bizim bu şəhidlərin nəşlərini dövlət orqanları tərəfindən buradan çıxarılaraq Bakı şəhərinə aparıb ekskuamasiyadan keçirdikdən sonra qaytarıb yenidən burada dəfn edəndə biz ayıldıq ki, hansı vəziyyətdəyik. Yəni, hamımız üçün müqəddəs olan şəhidlərimiz harada dəfn olunub, necə bir yerdə dəfn olunub, bundan xəbərsiz idik. Amma ekskuamasiya ərəfəsində şəhidlərimizin necə bir yerdə dəfn olunduğunu gördük. Torpaqlarımız işğaldan azad olunandan bir il sonra biz buraya gəlib şəhidlərimizin dəfn olunduğu yeri gördük,. Nə qədər çətin şəraitdə , düşmənin kəndimizdə soyğun və qarətlə məşğul olduğu bir vəziyyətdə mühasirədə qalan və bu kahalardakı gülləborandan sağ çıxan həmkəndlilərimiz bu 12 şəhidi təxminən bir ay müddətinə dəfn edə biliblər. O zaman vəziyyət çox ağır idi , ona görə ki, kənddə qarətlə məşğul olan ermənilər bu qarşıda gördüyünüz yaylaqlara qədər çıxıb mal-qaranı aparmaqla məşğul idi. Hər dəqiqəsi təhlükəli olan dəfn prosesinin niyə məhz belə çətin yerdə baş tutması da həmin təhlükə ilə əlaqədar idi. Ona görə də əvvəlcə bu çətinliyi başa düşmək lazım idi ki, adamların cəsədləri çöldə vəhşi heyvanlara yem olmasın. Bu dəfnin belə bir çətin relyefli ərazidə həyata keçirilməsi həmin qanlı hadisədən sağ çıxan adamların öldürülənlər qarşısında son borcu idi. Bu 12 şəhiddən başqa kəndin digər ərazilərində öldürülənlər də var idi ki, onların bəzilərini burada sağ qalanlar sonralar gizli şəkildə kənd ərazisini gəzərkən müəyyən etmiş, Tutu nənənin nəşini Başlıbel binəsində dəfn etmişlər. Digər şəhidlərimiz də omuşdur ki, həm kənd ərazisində , həm də yolda Kəlbəcəri tərk edib canını qurtarmaq istəyən zaman ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdilər , onların harada dəfn olunması və ya nəşinin tapılması barədə məlumat almaq hələ də mümkün olmayıb.
Bu Şəhidlər qəbiristanlığının abadlaşdırılmasını biz özümüzə bir mənəvi borc hesab etdik. Biz fikirləşdik ki, elə bir abadlaşdırma işi edək ki, həm maarifləndirici nöqteyi-nəzərində, həm də bir mənəviyyat borcu kimi bi işin görülməsi vacib idi . Dəfələrlə şəhidlər ailəsi olaraq biz yığışdıq , məktublar yazdıq, ziyalılarımız da bu işə qoşularaq dövlət orqanlarından bu qəbiristanlığın abadlaşdırılması üçün icazə istədik. Ancaq dörd il keçməsinə baxmayaraq, təəssüf ki, bu icazəni ala bilmədik. Bu da başa düşüləndir, çünki belə hallar Qarabağın çox kəndlərində və şəhərlərində mövcuddur. Hər yerdə kütləvi qətliamlar törədilmiş, kütləvi məzarlıqlar salınmışdır. Yaxın bir neçə il ərzində bütün bu məzarlıqların hamısının dövlət səviyyəsində abadlaşdırılması mümkün deyil. Ona görə də bu il belə bir qərar verdik ki, bu şəhidlər məzarlığını abadlaşdıraq. Layihələndirmə işini mən öz üzərimə götürərək ilkin variant kimi kiçik bir layihə hazırladım. Layihədə yerli şərait və relyef quruluşu nəzərə alındı. İlkin olaraq az da olsa , eskizlər və fotolar oldu. Relyefin mürəkkəbliyini nəzərə almaqla ilk işlərə başladıq. Biz ilk olaraq işə öz işçilərimizlə başladıq. İşə başlayanda kənddə fermer təsərrüfatı ilə məşğul olan insanlar bizə həvəslə kömək etməyə başladılar. Çətin relyfli ərazidə maşın yolunun olmadığı bir şəraitdə 280 metrlik məsafədən kiçik bir körpünün üzərindən keçərək 13 -14 ton mişar daşı, 2 ton sement, 6 ton qum və şeben hamısı adamların çiynində qəbiristanlığa daşındı. Bu ağır işdə əməyi keçən hər bir kəsə dərin təşəkkürümüzü bildiririk. Əvvəlcə kənddən şəhidlər qəbiristanlığına qədər olan yola əl gəzdirdik ki, buraya yük maşını gələ bilsin. Ağdam-Tərtər zonasından bizim ekskovator gəldi. Yollarda düzəliş etdik ki, ağır tonlu yük maşını həmin yolla hərəkət edib tikinti materiallarını buraya çatdıra bilsin. Artıq 2 aya yaxındır ki, burada bizim işimiz gedir. Qəbirlərin üstünü götürdük. Sonra bütün Başlıbel şəhidlərinin adı yazılmış xatirə lövhəsinin də bu qəbiristanlıqda olmasını vacib saydıq. Ona görə ki, bir yerdə bizim 12 nəfər şəhidimiz var,yaxın 200 metrlikdə 13-cü şəhidimiz var, qalanları kənarlarda dəfn olunub. Digər bir nəşi tapılmış şəhidimiz, hansı ki, öz ailəsinin arzusu ilə kənd qəbiristanlığında dəfn olunub. Beləliklə, 14 mülki şəhid Başlıbel kəndində dəfn olunub. 27 mülki şəhddən 12 nəfərinin dəfn yerləri məlum deyil.
Həmin lövhədə hərbi şəhidlərimizin də adlarını yazmağı vacib bildik. Belə ki, Vətən uğrunda canlarını qurban verən adamların adlarının hamısının bir yerdə olması vacibdir. Ona görə ki, kənardan ziyarətə gələn qonaqların bu lövhəyə baxanda bir təsəvvürü olmalıdır ki, bir kəndin itkisi nə dərəcədədir.
Bu gün burada çalışan adamların hamısı o ad ilə çalışırlar ki, şəhidlərimizin ruhu şad olsun. Mən və kiçik qardaşım Qalib Əvdüləliyev də ona çalışdıq. Bu gördüyünüz asma körpü də onun ideyası və maliyyə dəstəyi ilə reallaşdırılmışdır. Buranın relyefi elədir ki, çayın üstündəki balaca körpüdən keçməklə 280 metrlik çətin güney yolunu ziyarətçilər qət edərək Şəhidlər qəbiristanlığına çata bilirdilər. Asma körpünün inşasından və bu korpünün yanınadək maşın yolunun açılmasından sonra isə ziyarətçilər 10 metrə yaxın hündürlüyü olan 38 metrlik asma körpüdən keçməklə rahat bir şəkildə şəhidlərimizin məzarlarını ziyarət edəcəklər. Hələlik gördüyümüz işlər bunlardır. Gələcəkdə də lazım olduğu qədər abadlaşdırma işləri olacaqdır. Mən birada çalışan bütün insanlara təşəkkür edirəm. Fikirləşirəm ki, birada işləyən insanların zəhmətini dəyərləndirmək üçün yaxın gələcəkdə onların hamısının adlarını əks etdirən xatirə lövhəsi də düzəldək ki, buraya gələn ziyarətçilər bu çətin relyefli ərazidə şəhidlərimiz üçün necə təmənnasız zəhmət çəkdiklərinin şahidi olsunlar və hər kəs də onlara minnətdar olsun. Bu şəhid məzarlığının abadlaşdırılması məsələsini də mən özümə bir mənəvi borc bilirəm və o borcun yerinə yetirilməsini vacib saydım. Ona görə də bu işləri gördük. Köməyi keçən hər kəsə bir daha təşəkkürümü bildirirəm.
-Arif müəllim, çox sağ olun ! Allah canınızı həmişə sağ eləsin ! Gördüyünüz bu xeyirxah işə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm!
Müsahibəni qələmə aldı: Oqtay SALAHL,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Dalidag.az






Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 12-08-2026 19:17
Baxış sayı: 389Yazı axını
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
Ən çox oxunanlar





























