Reklam
Şəhid Dağbəyi Orucovun məzarı ziyarət edilib - Foto
21-09-2026 14:30
Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının, Kəlbəcər şəhər inzibati ərazi icra üzrə nümayəndəliyinin əməkdaşları, şəhid ailələri, şəhidin yaxınları 27 sentyabr “Anım Günü” ilə əlaqədar antiterror əməliyyatı zamanı şəhid olmuş Dağbəyi Sabay oğlu Orucovun ailəsinə baş çəkib, məzarını ziyarət ediblər.Dalidag.az-ın xəbərinə görə, ziyarət zamanı şanlı Zəfər tariximizdən bəhs edilib, qəhrəman şəhidimizin keçdiyi şərəfli döyüş yolundan söz açılıb, şəhidlərimizin qəhrəmanlıq səlnaməsindən danışılıb.
Qeyd edək ki, şəhid Orucov Dağbəyi Sabay oğlu 17 noyabr 2002-ci il tarixində Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. 2008-ci ildə Tərtər rayon Sarov kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub, sonradan orta məktəbini Göygöl rayon Murovdağ qəsəbəsində davam etdirib. 2018-ci ildə orta məktəbi bitirdikdən sonra Türkiyə HİTT Universitetinə daxil olub. Universiteti bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Gənc yaşlarından milli dəyərlərə, dövlətçilik ənənələrinə və vətən sevgisinə dərindən bağlı olan Dağbəyi Orucov hərbi sahədə nümunəvi intizamı və döyüş hazırlığı ilə seçilmişdir. Onun hərbi xidməti 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Qarabağ bölgəsində separatçı rejimin ləğvinə yönəlmiş lokal xarakterli antiterror tədbirləri çərçivəsində daha da fəallaşmışdır. Məhz bu əməliyyatlar zamanı 19 sentyabr 2023-cü il tarixində Xocalı rayonu Dağdağan kəndi istiqamətində aparılan döyüş tapşırığı zamanı xüsusi qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır.
Onun qəhrəmanlığı dövlətin ərazi bütövlüyünün bərpası və milli təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edən bir əməliyyatın tərkib hissəsi olmuşdur. Şəhidin fədakarlığı təkcə ailəsi və yaxın ətrafı üçün deyil, həm də ümummilli şüurda milli ruhun, döyüş əzminin və Vətənə sədaqətin simvoluna çevrilmişdir.
Göygöl rayon Murovdağ qəsəbəsində dəfn olunmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” medalı (ölümündən sonra) və 3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni (olümündən sonra) ilə təltif olunmuşdur.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Dalidag.az










Kateqoriya: Kəlbəcər
Tarix: 21-09-2026 14:30
Baxış sayı: 359Yazı axını
21 / 09 / 2026
20 / 09 / 2026
19 / 09 / 2026
18 / 09 / 2026
18 / 09 / 2026
18 / 09 / 2026
17 / 09 / 2026
17 / 09 / 2026
16 / 09 / 2026
15 / 09 / 2026
15 / 09 / 2026
15 / 09 / 2026
14 / 09 / 2026
14 / 09 / 2026
13 / 09 / 2026
13 / 09 / 2026
12 / 09 / 2026
12 / 09 / 2026
12 / 09 / 2026
12 / 09 / 2026
Ən çox oxunanlar





























