AYB Mingəçevir bölməsində yeni sədrin iştirakı ilə ilk yığıncaq keçirildi -FOTOLAR

15-07-2026 18:32

 Bu gün AYB Mingəçevir bölməsinin növbəti yığıncağı keçirildi.

Dalidag.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mingəçevir bölməsinə yeni sədr təyin olunmuş şair 

Elşən Əzim bölmənin yaradıcısı və 27 il sədri olmuş İsmayıl İmanzadənin xatirəsinin bir dəqiqəlik sayğı duruşu ilə yad edilməsini təklif etdi.

Sayğı duruşundan sonra Elşən Əzim görkəmli şair-publisist İsmayıl İmanzadənin çoxşaxəli fəaliyyətindən, Mingəçevir ədəbi mühitinin formalaşmasındakı rolundan danışdı.

   MDU-nun müəllimi Mehman Rəsulov, gənc şair-dramaturq Elçin Məhərrəm, qocaman şair Ağabala Salahlı, gənc yazıçı-esseist Şamil Həsən, tarixçi Qurban Vahidov, AYB üzvləri Əhməd Əfsun, Zümrüd Rəhimova, Bəhman Gülövşəli və Nicat Hunalp, şair Rahilə Hüseynqızı, şair-publisist, AJB üzvü Məmməd Mərzili, satirik şair Eldəniz Cəfəroğlu və başqaları çıxış edərək yeni ədəbi-bədii əsərlərini səsləndirdilər, ədəbi mühitin inkişafı ilə bağlı fikir, arzu və təkliflərini bölüşdülər.


Sevda Sabirli
Dalidag.az 









Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 15-07-2026 18:32
Baxış sayı: 270
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını