YAP Kəlbəcər rayon təşkilatında Dövlət Suverenliyi Günü qeyd olunub

20-09-2026 14:40
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatında 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib.
Dalidag.az-ın xəbərinə görə, tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının nümayəndəsi Əli Bağırov, Kəlbəcər rayon İcra hakimiyyətinin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları və digər şəxslər iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.                                 
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub.
Qeyd etdi ki, bu tarixi hadisə  Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin müzəffər sərkərdəliyi, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, rəşadətli Ordumuzun.   gücü və xalqımızın milli birliyi sayəsində mümkün olub. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur.  Kəlbəcər rayon Dövlət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Bağırov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarə Ələsgər Kəmalov, Rəşail Azayev, Yadulla SüleymanYAP Kəlbəcər rayon təşkilatının sədr müavini Qənaət Əsgərov, Kəlbəcər Su melarasiya idarəsinin hüquqşünası Bilal Nuriyev, 109 nömrəli Kəlbəcər orta məktəbinin müəlliməsi Çinarə Eyvazova və digər çıxış edənlər 20 Sentyabr – Dövlət Suverenliyi Günü haqqında fikirlərini bölüşüblər.Bildirilib ki, bu tarixi nailiyyət Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsinə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsinə imkan yaradıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Bu proses xalqımızın Böyük Qayıdış arzusunun gerçəkləşməsinin bariz ifadəsidir.

Dalidag.az





Kateqoriya: Kəlbəcər
Tarix: 20-09-2026 14:40
Baxış sayı: 314
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını