Reklam
Şair Kamil Təbib Kəlbəcərlinin 65 illik yubileyi qeyd edilib -FOTOLAR
22-06-2026 16:10
Bərdə rayonunun Zümürxan kəndində fəaliyyət göstərən Kəlbəcər rayon 80 nömrəli tam orta umumtəhsil məktəbinin kollektivi öz iş yoldaşları, şair Kamil Təbib Kəlbəcərlinin 65 illik yubileyini keçirilib. Məktəbin direktoru Qabil Həsənəliyev yubilyarın həyat yolu haqqında danışarkən Kamil Təbib Kəlbəcərlinin həm bir şair kimi, həm də pedoqoq kimi şərəfli bir həyat yolu keçdiyini, məcburi köçkünlük illərində onun Vətənə, doğma Kəlbəcər həsrətinə aid yazdığı şeirlərin hər bir həmyerlimiz üçün məlhəm olduğunu bildirdi. Yubileydə şairin iş yoldaşları onun yaradıcılığından nümunələr söyləyərək onu təbrik ediblər. Qeyd edək ki, Kamil Təbib Kəlbəcər rayonunun Qalaboyun kəndində doğulub boya-başa çatmıb. O, iki şeirlər kitabının müəllifidir və dəfələrlə dövlət televiziya kanallarında Kamil Təbibin yaradıcılığına həsr olunan verilişlər aparılıb. Biz də şair Kamil Təbib Kəlbəcərlini 65 illik yubileyi münasibəti ilə təbrik edir, ona yeni - yeni yaradıcılıq uğurları arzulayırıq.
Oqtay SALAHLI,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dalidag.az

Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 22-06-2026 16:10
Baxış sayı: 2528Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar




























