Reklam

15 Sentyabr – Bilik Günü münasibətilə 33 illik fasilədən sonra, Kəlbəcərdə ilk dərs zəngi çalınıb. Dalidag.az xəbər verir ki, şəhərdə ikşğal dövründən sonra inşa olunan ilk tədris ocağı modul tipli binada fəaliyyətə başlayıb. Bina məktəblilərin təhsillərini davam etdirmələri üçün müvəqqəti olaraq təşkil edilib. Kəlbəcər şəhərində 2,24 hektar ərazidə müasir təhsil kompleksinin inşası davam edir. Kompleksdə 528 şagird üçün ümumtəhsil orta məktəb, 80 yerlik uşaq bağçası, 7 peşə təhsili üçün

Keçmiş məcburi köçkün 113 yaşlı Xeyrənisə Baxışəliyeva bu gün doğma yurdu Kəlbəcərə qayıdıb. O, Kəlbəcərdən məcburi köçkün düşərkən 80 yaşı olub. Dalidag.az xəbər verir ki, bu barədə modern.az-a onun oğlu məlumat verib: "Dörd il idi ki, anam bu günü gözləyirdi. Püşkatma olanda və gedəcəyimiz dəqiqləşəndə anam Tərtərə getdi ki, yolu qısalsın. Biz Tərtərdən anamı da götürüb Kəlbəcərə gedirik. İndi Suqovuşan yolundayıq". Qeyd edək ki, X. Baxışəliyeva 1 aprel 1913-cü ildə Kəlbəcər şəhərində

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəlbəcər rayonunun Qamışlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Dalidag.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mersedes" markalı yük avtomobili dərəyə aşıb, 2 nəfər dərədə köməksiz vəziyyətdə qalıb. Dövlət Yanğından Mühafizə

Gəncə şəhərindən Kəlbəcərə ilk avtobus reysi açılıb. Dalidag.az -ın məlumatına görə, bu gündən etibarən Gəncə şəhərindən Kəlbəcər rayonuna ilk müntəzəm avtobus reysi açılıb. Bu istiqamətdə ilk avtobus Gəncə Beynəlxalq Avtovağzalından yola düşüb. Sərnişin avtobusu Goranboy-Naftalan-Suqovuşan-Ağdərə istiqamətindən hərəkət edərək Kəlbəcərə çatacaq. Qeyd edək ki, bu reys üzrə avtobus hər gün 08:30-da Gəncədən Kəlbəcərə doğru hərəkət edəcək.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov işğaldan azad olunmuş Kəlbəcər şəhərində fəaliyyət göstərəcək ilk təhsil müəssisəsində - Kəlbəcər şəhəri Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində görülən son hazırlıq işləri ilə tanış olub. Dalidag.az -ın xəbərinə gprə, ziyarət çərçivəsində ilk olaraq Kəlbəcərə köçmüş ailələrlə, valideynlərlə və təhsilə cəlb olunacaq şagirdlərlə görüş keçirilib. Şagirdlərin məktəbə adaptasiyası və valideynlərin gözləntiləri
Kəlbəcərin icra başçısı vətəndaşlar üçün səyyar - görüş qəbulunu keçirib -FOTOLAR
(8-09-2025, 16:11)
(8-09-2025, 16:11)

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Kəlbəcər rayon 37 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az xəbər verir ki, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak etmişdir. RİH başçısı Azər
Cavid Qurbanov Ağdabanı ziyarətindən yazdı: "Baxdım çölə, çəmənə, tanımadı kənd məni"
(2-09-2025, 10:24)
(2-09-2025, 10:24)

Cavid Qurbanov Əzəmətli dağların əhatəsində qayğısız uşaqlığımız yaşadığım, cığırlarında izim olan, anamın nəğmələrini eşitdiyim, atamın dualarını duyduğum, babamın sazının səsi ruhuma yayılan Ağdaban kəndini ziyarət etdim. Burnuma doğmaların qoxusu, çəmənlərin xoş rayihəsi gəldi, ciyərlərimə doğma kəndimin, əzəmətli Kəlbəcərimin havası doldu. Bir qərinədir ki görmədiyim yerlərdən sanki bir əsrdir ki ayrı olmuşam. Bu müddət ərzində cismim uzaqlarda olsa da, ruhum, qəlbim həmişə burada, bu

Prezident İlham Əliyevin avqustun 21-də Kəlbəcərə növbəti səfərindən sonra bu dağlar diyarının tərifi dillərdən düşmür. Hamı və hər kəs bir daha gördü ki, artıq bu cənnətməkan yer təkcə Azərbaycanın və Qafqazın coğrafiyasında yox, dünya miqyasında unikal inkişaf məkanına çevrilir. Həmin gün 27 ildən çox yurd həsrəti çəkmiş ulu diyarın övladları, nəhayət, ata-baba ocaqlarına qayıdaraq, orada həyatın yeni nəfəsini hiss etdilər. Prezident İlham Əliyev onlarla görüşündə “Əziz kəlbəcərlilər,
.jpg)
Kəlbəcər rayonunda DOST məntəqəsi qurulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, yeni məntəqə Kəlbəcərə köçürülən sakinlərə dövlət sosial xidmətlərinə rahat çıxış əldə etməyə, onlara sosial xidmətlərin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər əsasında, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan verir. Qeyd edək ki, Kəlbəcər DOST məntəqəsi mobillik və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib. Burada

Avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər şəhərinə səfərləri ölkəmiz üçün daha bir tarixi hadisə oldu. Belə ki, bu səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşərək onlara mənzillərin açarlarını təqdim edib. Həmçinin bir sıra mühüm obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edib. Ölkəmizin başçısı Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan
Yazı axını
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
Ən çox oxunanlar





























