Gəncə-Toğanalı-Kəlbəcər yolunda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var. Dalidag.az xəbər verir ki, "UAZ" markalı avtomobilin aşması nəticəsində 1 nəfər dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan təhsil ictimaiyyətinə ağır itki üz verib. Tanınmış pedaqoq, ictimai xadim Musa Əziz (Musa Yunis oğlu Əzizov) faciəli şəkildə həlak olub. Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olan Musa müəllim həm də müxtəlif mövzuları əhatə edən yazıları ilə dövri mətbuatda çıxış edirdi, ictimai işlərdə fəallıq göstərirdi. Uzun müddət Kəlbəcərdə çıxan "Yenilik” (“Kəlbəcər harayı”) qəzetinin əməkdaşı olub. Qeyd edək ki, Musa Yunis oğlu Əzizov 5 iyun 1948-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində

Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr Zəfər günü ilə əlaqədar “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Kəlbəcər rayon İİcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-nin məsul əməkdaşları, rayon idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbirdə ilk öncə Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir

“Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının budəfəki qonağı AYB və AJB-nin üzvü, dörd publisistika kitabının həmmüəllifi, "Ağ gecənin nağılı", "Otel otağından reportaj" və “Əllidə ələnənlər” adlı şeirlər kitabının müəllifi, "Manevr.az" və "Dəlidağ.az" xəbər saytlarının qurucusu, "Dəlidağ" Ədəbi Birliyinin sədri, şair, jurnalist Namiq Dəlidağlıdır. Dalidag.az edebiyyatveincesenet.az saytına istinadla sözügedən müsahibəni təqdim edir. Xoş gördük, dəyərli yaradıcımız - Namiq bəy.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Oğuz rayonu, Calud-1 qəsəbəsi, Kəlbəcər rayon 95 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az-ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak edib. RİH başçısı Azər

Qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan Respublikasının ərazilərində törətdikləri terrorçuluq və digər ağır cinayətlərlə bağlı araşdırmalar davam etdirilir. Dalidag.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb. Məlumata görə, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla “AKM” avtomatı ilə silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq əməlləri

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şəhid atası, tanınmış şair, əməkdar müəllim, Mirsəyyaf Zamanlının “Dərdin adamı” adlı növbəti şeirlər kitabının təqdimatı - “imza” günü keçirilib. Dalidag.az xəbər verir ki, təqdimat mərasimində Kəlbəcər rayon İca Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şairin qələm dostları, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri, oxucular və ailə üzvləri iştirak edib. Şəhidlərimizin əziz xatirəsi

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Ağdam rayon 33 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az xəbər verir ki, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev,RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Nəbi Dilsuzun (Molla Nəbi Kəlbəcərli) "Yaxşılıq bir güldür, solmaz dünyada" adlı kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan şair Namiq Dəlidağlı tarixi bir dönəmdə yaşadığımızı, nəhayət, torpaqlarımızın işğaldan azad olunduğunu, suverenliyimizin tam bərpa edildiyini vurğuladı. O, bu günlərin həyatımızda xüsusi əhəmiyyət kəsb etdiyini dilə gətirdi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edildi.

Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini, YAP rayon təşkilatının keçmiş sədri Akif Qaçay oğlu Əsgərov uzun sürən xəstəlikdən sonra vəfat edib. Qeyd edək ki, Akif Əsgərov ictimai xadim, professor Şahlar Əsgərovun qardaşıdır. Dalidag.az olaraq Əsgərovlar ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr diləyirik! Allah rəhmət eləsin!
Yazı axını
29 / 04 / 2024