Reklam
Ağır elin sənətkar oğlu - Sücaət
25-03-2026 11:00
Vüsal KəlbəcərliGedənləri anda verib yolundan,
Saxlayıram,yatmıram ki, gecələr.
Düz altmış min göz-göz olan yaranı,
Bağlayıram,yatmıram ki, gecələr.
Bəli, bu misraların müəllifi altmış min yaranı bağlayan, o yaralara məlhəm olan, bir güman şairi, bir elin ağlıyan dili Sücaət Kəlbəcərlidir. O, şəxsiyyət kimi hamının qəlbində yaşayır. Sücaət elə bir poeziya yaratdı ki, elin dilində əzbər qaldı. Adı çəkiləndə şairin misraları göz önündə canlanır. Bu da səbəbsiz deyildi, Sücaətin belə bir şair kimi formalaşmasında Kəlbəcər ədəbi mühitinin misilsiz rolu olmuşdur. Sücaət kiçik yaşlarından Məzahir Daşqının, Bimar Əlinin, Aşıq Valehin sözlərini əzbər bilirdi. Sücaət zamanla da barışmırdı. Bu onun şeirlərində də özünü göstərir:
Zaman məni sevərmi heç,
Nə böhtanam,nə şərəm mən.
Bir mərd oda düşüb yansa,
Ondan betər bişərəm mən.
Sücaətəm, bir budaqda,
Hər şey yalan hər şey saxta,
Nə görmüşəm düz olmaqda,
Nə ağılsız bəşərəm mən.
Sücaət yaradıcılığında elə misralar var ki, onları şeirdən ayrıca ayırıb zərbi-məsəl kimi, hikmətli söz kimi, el məsəli kimi rahatlıqla işlətmək olur. Onun iki misrası böyük bir poemanın, romanın əhatə edəcəyi fikri ifadə edir:
“Dağlara o qədər qan tökülüb ki,
Güldən, çiçəkdən də qan iyi gəlir”
Sücaətin poeziyasında qəm, kədər, nisgil var. Xalq ona görə Sücaət yaradıcılığını sevir ki,o xalqın dərdini izah edir,yazır. Hər kəs özündən bir tale nişanəsi görür:
Sücaət, ürəyin bir qırılan sim,
Nələr çəkdiyini kim anlayar, kim?!
Yurdun həsrətinə dözə bilmədim,
Yatdım yuxuda da gördüm, ağlayır.
Sücaət yaradıcılığı, şeirləri nə qədər insanların yaddaşına hopubsa, onun şəxsiyyəti ilə bağlı monolit fikirlər də bir o qədər əbəbiyyətə qovuşub. Sücaətlə bağlı hər kəs bir şəxsiyyət və sənətkar bütövləşməsi müstəvisində danışır. Sücaətin yaradıcılığı onun şəxsiyyətinə tən gəlirdi. Bütövlük də bu zaman olur.
Sücaətin dərdi özündən qabaq dünyaya gəlmişdi və o dərd üçün doğulmuşdu. Sücaət dərdlə bərabər şeirə tapıntılar gətirdi:
Sücaətəm, tufan batmaz tüstümə,
Göydə günəş külə dönər istimə,
Acı nə var, axıt gəlsin üstümə,
Arabir də yaradan şirin-şirin de.
Sücaət elə bir xəzinə qoyub ki,poeziya xəzinəsi, söz qalası.Elə o söz qalası əsrlərlə yaşayacaq. Şair Sücaət ölmədi, su kimi axdı, torpağa hopdu, daşa hopdu. Hər dəfə Kəlbəcər dağları,daşları yazda göyərəndə sanki Sücaət yenidən doğulur, yenidən bizlə birlikdə olur.
Sücaət, neyləyək baxt belə baxtdı,
Darıxma, hər şeyi həll edən vaxtdı.
Bir gün gülə-gülə qayıdacaqdı,
Ağlaya-ağlaya köçən Kəlbəcər!
Tanrı Kəlbəcər elinə yurda qovuşmağı nəsib etdi,amma yaralı misralar müəllifi, yurd həsrəti ilə ömür-gün keçirən,nakam şair öz doğma elin görə bilmədi. Amma onun şair könlü hər zaman Kəlbəcərdə dolanır.
Dalidag.az
Kateqoriya: Kəlbəcər / Poeziya-nəsr
Tarix: 25-03-2026 11:00
Baxış sayı: 357Yazı axını
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
28 / 03 / 2026
Ən çox oxunanlar
10-04-2026 19:19





























