TƏBİB-ə tabe olan tibb müəssisələrində kütləvi kadr dəyişikliyi aparılır. Dalidag.az xəbər verir ki, müvafiq qərarla Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov da işdən çıxarılıb. Qeyd edək ki, əslən Kəlbəcərdən olan Azər Əhmədov 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə təhsil alıb. 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında internatura keçib. 2015-2019-cu illərdə Türkiyədə Qazi Universitetində təhsilini davam

Növbəti köç karvanı Xocavənd şəhərinə, eyni adlı kəndə və Qırmızı Bazar qəsəbəsinə çatıb. Dalidag.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 6 (24 nəfər), Xocavənd kəndinə 6 (20 nəfər) və Qırmızı Bazar qəsəbəsinə 6 ailə (24 nəfər) köçürülüb. Bununla da Xocavənd şəhərinə 331 (1289), Xocavənd kəndinə 74 (306 nəfər) və Qırmızı Bazar qəsəbəsinə 203 ailənin (858 nəfər) daimi qayıdışı təmin edilib. Dalidag.az

Birinci Qarabağ müharibəsi iştirakçısı, Vətən müharibəsi şəhidi Müşviq Abbasovun məzarı Ağdam rayonunun Quzanlı qəsəbə qəbiristanlığından Abdal kənd qəbiristanlığına köçürülüb. Dalidag.az -ın verdiyi xəbərə görə, mərasimdə şəhidin doğmaları və yaxınları iştirak ediblər. Şəhidin doğmalarının sözlərinə görə, məzarının doğma kənddə olması onun sağlığında ən böyük arzularından biri olub. Yaxınları da bildiriblər ki, Müşviq Abbasov hər zaman doğulduğu torpaqda uyumağı arzulayıb.
Yazı axını
 
 
 
 
 
 
 
 
17 / 06 / 2026
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
17-06-2026 12:30
 
 
 
15-06-2026 11:37