Coşqun Nəsibli həm vətəndaşlara xidmət edən nümunəvi əməkdaş, həm də qəhrəman ailəsinin üzvü kimi diqqət çəkir. O, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın qardaşıdır və ailəsinin qəhrəmanlıq tarixini yaşatmaqda mühüm rol oynayır. Coşqun Nəsibli Baku TV-yə bildirib ki, Kəlbəcər şəhərinə ilk köçənlərdəndir: "İlk açar atama təqdim olunub. Özüm Kəlbəcərdə yerləşən DOST xidmət məntəqəsində çalışıram. Bu mənim üçün böyük qürurdur. Sakinlərin dostu olmaq, onlara bir pəncərədən xidmət göstərmək

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəis polkovnik Zöhrab Camalovla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kəlbəcər rayon 14 nömrəli tam orta məktəbinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə

Azərbaycan demoqrafik və iqtisadi artım, infrastrukturun inkişafı və ərazi planlaşdırılması islahatları ilə bağlı mühüm şəhər transformasiyası proseslərindən keçib. Dalidag.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda qeyd edib. O qeyd edib ki, Yeni Dövlət Proqramı çərçivəsində

Təkmilləşdirilmiş mexanizmə əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrdə çalışan 500-dək tədqiqatçının hər ay 1000 manatadək məbləğdə mükafatlandırılması nəzərdə tutulur. Dalidag.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Məlumata görə, cari ildə layihə üzrə qiymətləndirmə mexanizmi elmmetriya sahəsində ixtisaslaşmış beynəlxalq şirkət olan “Clarivate”in mütəxəssisləri və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dalidag.az xəbər verir ki, bu mərhələdə Zəngilan şəhərinə 5 ailə - 26 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 107 ailə - 453 nəfər köçürülür. Qeyd edək ki, Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Dalidag.az
Yazı axını
 
 
 
 
 
 
 
 
17 / 06 / 2026
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
17-06-2026 12:30
 
 
 
15-06-2026 11:37