Reklam
Azad edilmiş ərazilər üçün 120-yə yaxın yaşayış məntəqəsinin planı hazırlanıb
15-05-2026 11:18

Azərbaycan demoqrafik və iqtisadi artım, infrastrukturun inkişafı və ərazi planlaşdırılması islahatları ilə bağlı mühüm şəhər transformasiyası proseslərindən keçib.
Dalidag.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda qeyd edib.
O qeyd edib ki, Yeni Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin ümumi planı və 120-yə yaxın yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədləri hazırlanıb:
“Azad edilmiş ərazilərdə icra olunan layihələr, o cümlədən “Ağıllı kənd” və “Ağıllı şəhər” prinsipləri nəzərə alınmaqla planlaşdırılmış yaşayış məskənləri, yalnız fiziki bərpa ehtiyaclarını qarşılamır, həm də dayanıqlıq və davamlılıq kimi uzunmüddətli məqsədlərə xidmət edir.
D.Dövlətxanov əlavə edib ki, “Ümumdünya Şəhərsalma Forumu” kimi platformalar bilik mübadiləsi və beynəlxalq əməkdaşlıq üçün mühüm imkanlar yaradır:
“Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında qəbul ediləcək qərarlar şəhərlərin və icmaların gələcəyi ilə bağlı qlobal müzakirələrə töhfə vermək üçün mühüm bir fürsətdir. Dayanıqlı urbanizasiya yalnız investisiya və infrastruktur deyil, həm də institusional öyrənmə və uzunmüddətli insan kapitalı inkişafını tələb edir”.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 15-05-2026 11:18
Baxış sayı: 384Yazı axını
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
Ən çox oxunanlar




























