Reklam
Kəlbəcərli şair atasına görə nazirə müraciət etdi
16-03-2026 14:27

Dalidag.az Səxavət Ellaz oğlu Süleymanovun Səhiyyə naziri Temur Musayevə ünvanladığı məktubu təqdim edir:
"Hörmətli Temur Musayev!
Sizə Mingəçevir şəhərindən müraciət edirəm.
Atam 1-ci qrup əlildir və son vaxtlar ağır qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi üçün daim müxtəlif dərmanlar alıram və imkan daxilində müalicəsini davam etdirirəm. Lakin müalicədə ən vacib olan preparatlardan biri – albumin sistemləri çox baha olduğu üçün onları almağa maddi imkanım çatmır.
Atamı xəstəxanaya apardığımız zaman həmin albumin sistemləri köçürülür və vəziyyəti bir qədər yaxşılaşır. Lakin atamın səhhəti və yaşı nəzərə alınanda xəstəxana şəraitində qalması çox çətin olur və narahatlıq keçirir. Buna görə də həmin sistemlərin ev şəraitində tibbi bacı tərəfindən köçürülməsi bizim üçün çox vacibdir.
Mən bu məsələ ilə bağlı dəfələrlə Mingəçevir Şəhər xəstəxanasının direktoru Ülfət Qurbanova müraciət etmişəm, təəssüf ki, müraciətlərimə baxmayaraq atam üçün albumin sistemlərinin verilməsi ilə bağlı müsbət nəticə əldə olunmayıb.
Hörmətli Temur müəllim, ölkəmizdə qanunların ədalətli tətbiq olunduğuna və vətəndaşların sosial müdafiəsinə xüsusi diqqət yetirildiyinə inanırıq. Mən sadəcə olaraq 1-ci qrup əlil olan atamın yaşaması və müalicəsinin davam etməsi üçün zəruri olan bu dərmanın təmin olunmasına köməklik göstərilməsini xahiş edirəm.
Bu məsələ ilə bağlı artıq TƏBİB-ə də müraciət etmişəm, lakin hələlik bir cavab almamışam. Ümid edirəm ki, Siz bu müraciətimi diqqətdə saxlayacaq və atamın müalicəsi üçün vacib olan albumin sistemlərinin təmin olunması ilə bağlı aidiyyəti qurumlara göstəriş veriləcək.
Əvvəlcədən göstəriləcək diqqət və köməyə görə Sizə təşəkkür edirəm.
Hörmətlə,
Səxavət Kəlbəcərli
Mingəçevir Şəhərində məskunlaşmış keçmiş məcburi köçkün
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 16-03-2026 14:27
Baxış sayı: 2485Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























