Kəlbəcərli şəhid leytenant Ömər Muğan oğlu Şirinovun il mərasimi keçirilib. Dalidag.az -ın xəbərinə görə, mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Polis Şöbəsinin şəxsi heyyət üzrə köməkçisi, polis mayoru Əyyub Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət

Sentyabrın 13-ü saat 21:35-dən sentyabrın 14-ü saat 00:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Tovuzqala rayonunun Mosesqex yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Bundan başqa, sentyabrın 14-ü saat 00:05

Bu xəbəri eşidəndən özümə yer tapa bilmirəm, 8 ildir Qarabağda hamımızın şərəfini qoruyan Azərbaycan zabitinin ağır xəstəliyə düçar olmuş körpəsinin təcili əməliyyatına necə kömək etməyin mümkünlüyünü götür-qoy edirəm. Gücüm çatmır, çarəsizəm! Ona görə dostlarıma, həmyerlilərimə, Azərbaycanda və ölkə xaricində yaşayan imkanlı şəxslərə müraciət edirəm: Əziz dostlar və həmvətənlər! Kəlbəcər rayonunun Başlıbel kəndindən məcburi köçkün olan, 44 günlük Zəfər müharibəsinin iştirakçısı, hazırda isə

Kəlbəcər işğaldan azad olunandan bir neçə gün sonra dağlara möhkəm qar yağdı. Şahidlərin dediyinə görə, çoxdandı Kəlbəcər belə qar görməmişdi. O vaxt mənə çox güclü təsir edən bu gerçəklik haqqında bir cümlə yazmışdım: dağlar təmizlənmək üçün abdəst alır! Daha sonra sosial şəbəkələrdə bir şeir yayımlandı: Deyir, Kəlbəcərə təzə qar yağıb Torpağın, qarın da azad, Kəlbəcər Az qalıb ellərin köçə qoynuna Daha həsrətini azalt, Kəlbəcər… Şeir ikinci bəndində Zəngəzur şeir məktəbinə xas unikal bir

Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Lev kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müavini dünyasını dəyişib. Dalidag.az manşet.az-a istinadən xəbər verir ki, Lev kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müavini Rafael Tağıyev qəfil vəfat edib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir. Allah rəhmət eləsin! Dalidag.az

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev RİH-in inzibati binasında vətəndaşlarla növbəti qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, qəbulda rayon sakinləri iştirak edib. Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlər, təkliflər aidiyyatı üzrə qeydiyyata alınıb, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlar qarşısında məsələ

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Sumqayıt şəhər Mədəniyyət evində həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az-ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, müəssisə rəhbərləri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak etmişdir. RİH başçısı Azər Qocayev səyyar görüşdə

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 25 avqust 2023-cü ildə Yevlax rayonu Malbinəsi kəndində həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar qəbul keçirib. Dalidag.az- ın xəbərinə görə, rayon sakinləri Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevə müraciət edərək, Yevlax rayon, 40-evlər məcburi köçkün qəsəbəsində sakinlərin 160 kilovat gücündə yeni transformatorun quraşdırılmasına ehtiyac olduğunu

Şair Namiq Dəlidağlı doğulduğu kənddə, doğma ata ocağında şəxsi kitabxanasını bərpa etdi. Bu barədə şair özünün "faceboo k" hesabında məlumat verib: "Bəşəri dəyərlərdən xəbərsiz olan erməni toplumu - yağı düşmən tərəfindən işğal dövründə tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, məbədlərimiz dağıdılıb, ictimai və şəxsi kitabxanalarımız yandırılıb, məhv edilib. Kəlbəcərə budəfəki səfərimdə yükümü kitabdan tutdum. Rastlaşdığım insanlara həm özümün, həm də digər müəlliflərin xeyli sayda

Kəlbəcər şəhərinə bütövlükdə tikiləcək evlərə 2024-cü ildə ilk olaraq 5 000 nəfərdən artıq, kənd və qəsəbələrə isə 8 000-ə yaxın, ümumilikdə 13 000-ə yaxın insanın köçürülməsi planlaşdırılır. Dalidag.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Tədbirlər Planına əsasən, əhalinin geri qayıdışının və ərazilərə
Yazı axını