Reklam
Kəlbəcərli şairin növbəti kitabı nəşr edilib
05-01-2026 14:42
Tanınmış şair Məhyəddin Məhərrəmoğlunun növbəti şeirlər kitabı çapdan çıxıb.“Zərdabi Nəşr” tərəfindən nəfis şəkildə çap olunan kitabda şairin müxtəlif illərdə və mövzularda qələmə aldığı seçmə şeirləri yer alıb. Yenicə işıq üzü görən kitabın "Ön söz" müəllifi mərhum yazıçı-publisist Vəlyəddin Misiroğlu, redaktoru şair Namiq Dəlidağlıdır.
Dalidag.az xəbər verir ki, Məhyəddin Məhərrəm oğlu İsmayılov (Məhyəddin Məhərrəmoğlu) 1942-ci ilin noyabr ayında Kəlbəcər rayonunun Bağlıpəyə (Məşədi Məhəmmədli) kəndində anadan olub. Doğulduğu rayonda orta məktəbi bitirib, Gəncə Dövlət Pedaqoji İnstitutunun (İndiki ADPU) filologiya fakültəsində ali təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra Kəlbəcərin Ağdaban kəndində ixtisası üzrə dil-ədəbiyyat müəllimi, 1968-1978-ci illərdə isə rayonun Şorbulaq kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.
1993-cü ilin aprel ayında Kəlbəcərin işğalından sonra ailəsi ilə birlikdə Mingəçevirdə müvəqqəti məskunlaşıb, təqaüdə çıxana qədər 118 saylı Kəlbəcər rayon orta məktəbinə rəhbərlik edib.
İlk gənclik illərindən etibarən doğma rayonunda çıxan “Yenilik” qəzetinin nəzdində fəaliyyət göstərən “Dəlidağın nəğmələri” ədəbi məclisin ən fəal üzvlərindən biri olub. İstər həmin dövrlərdə yerli və mərkəzi qəzetlərdə, istərsə də müstəqillik illərində müxtəlif mətbuat orqanlarında şeirləri dərc edilib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan M.Məhərrəmoğlunun indiyə qədər “Ağlı-qaralı dünya”, “Dünya həmin dünyadır”, “Mürgüləyən qönçələr”, “Bir gecənin yuxusu” adlı şeir kitabları nəşr olunub. “İldırımdan od almışam” müəllifin sayca beşinci kitabıdır.
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 05-01-2026 14:42
Baxış sayı: 2253Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























