Sabiq daxili işlər naziri İsgəndər Həmidovun və Tərtər rayonunun keçmiş İcra Hakimiyyətinin başçısı Sərdar Həmidovun bacıları Roza xanım dünyasını dəyişib. Bu barədə Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadə öz "Facebook" səhifəsində paylaşım edib: "17 yaşın olanda anasını itirdi. Sonra atasını... 30 yaşlarında gənc bacısı Ahunu, gənc qardaşı Nofəli. Ardınca kiçik qardaşı Zakiri, atam Sərdarı, bibim Ulduzu, əmim İsgəndəri.. Bu fotoda məzarını qucaqladığı son itkisi İsgəndər əmimin məzarıdı. O

Oktyabrın 25-i saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda ötən əsrin ortalarında yazıb-yaratmış ustad dastançı, şair Nəbi Dilsuzun (Molla Nəbi Kəlbəcərli) "Yaxşılıq bir güldür, solmaz dünyada" adlı kitabının təqdimatı keçiriləcək. Sözə-şeirə marağı olan hər kəs iştirak edə bilər. Qeyd edək ki, kitabın tərtibçiləri Novruz və Həbib Nəbi oğlu qardaşları, "Ön söz" müəllifi İlham Məmmədli, redaktoru Namiq Dəlidağlıdı. Ünvan: Bakı, Xaqani, 53. Azərbaycan Yazıçılar Birliyi

Millət vəkili Aqil Məmmədov Abşeron Gənclər Şəhərciyində və ətraf ərazilərdə yaşayan Kəlbəcər rayonundan olan sakinlərlə növbəti qəbul keçirib. Dalidag.az xəbər verir ki, qəbulda işğaldan azad olunmuş Kəlbəcər rayonunda həyata keçiriləcək infrastruktur layihələrindən, əhalinin mümkün qədər qısa zamanda həmin ərazilərə qayıdışının təmin edilməsindən danışılıb. Aqil Məmmədov bildirib ki, köçkün əhalinin daha tez müddətdə doğma torpaqlara qayıtması üçün hazırda bölgədə Tikinti-quruculuq işləri

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Ağdam rayon Dördyol-1 məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmış Kəlbəcər rayon Xallanlı kənd sakini, 102 yaşlı Həsənova Peykar Məmməd qızına baş çəkib. Dalidag.az -ın xəbərinə görə, rayon rəhbəri görüşdə Peykar nənəni təbrik edib, vurğulayıb ki, artıq doğma Kəlbəcərimiz, eləcədə Qarabağımız Müzəffər Ali Baş Komandan və onun rəşadətli ordusu tərəfindən azad edilib, Kəlbəcərimizin yenidən qurulduğunu bildirərək, onun Kəlbəcərdə

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Ağdam rayonu, Dördyol-1 məcburi köçkün qəsəbəsi, mədəniyyət evinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak edib. RİH başçısı Azər

Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və RİH-in məsul əməkdaşları lokal antiterror əməliyyatları zamanı yaralanan kəlbəcərli hərbi qulluqçu, rayonun Şaplar kənd sakini Nicat Azay oğlu Mamedovu evində ziyarət edib, səhhəti və qayğıları ilə maraqlanıb, yaralımıza Allahdan şəfa diləyib. Dalidag.az -ın xəbərinə görə, İcra başçısı bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 43 dəqiqədə lokal xarakterli antiterror

Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və RİH-in məsul əməkdaşları ilə birlikdə lokal antiterror əməliyyatları zamanı yaralanan kəlbəcərli hərbi qulluqçu, rayonun Qaraçanlı kənd sakini İmran Rəhman oğlu Bayramovu evində ziyarət edib, səhhəti və qayğıları ilə maraqlanıb, yaralımıza Allahdan şəfa diləyib. Dalidag.az-ın xəbərinə görə, rayon rəhbəri bildirib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 43 dəqiqəyə erməni

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər RİH-in məsul əməkdaşları lokal antiterror əməliyatı zamanı yaralanan İlkin Habil oğlu Salmanovu ziyarət ediblər. Dalidag.az -ın xəbərinə görə, söhbət zamanı rayon rəhbəri qeyd edib ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, anterror əməliyyatının ilk saatlarında Azərbaycan əsgərləri böyük sücaət nümayiş etdiriblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi

Bu gün Bərdə rayonunun Yeni Əyricə kəndində Kəlbəcər rayon sakini Vətən Müharibəsi Şəhidi İlyasov Bəhrəm Nizam oğlunun anım günü qeyd olunub. Dalidag.az xəbər verir ki, anım mərasimində Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fərqanə Əhmədova, Milli Məclisin deputatı Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Eldəniz Mamedov, ictimaiyyət nümayəndələri,

Bu gün YAP Kəlbəcər rayon təşkilatı Gəncə şəhər Heydər Əliyev Mərkəzində 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə bağlı “Qalib xalqın müzəffər Prezidenti İlham Əliyev” mövzusunda konfrans keçirilib. Dalidag.az xəbər verir ki, konfransda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri,
Yazı axını
29 / 04 / 2024