Dəhşətli Murovdağ faciəsindən 32 il ötür

14-02-2026 10:20
Bu gün əsrlər boyunca düşmənləri tərəfindən hər cür  amansızlığa uğramış xalqımızın yaşadığı daha bir dəhşətli faciədən 32 il ötür. 
Dalidag.az xatırladır ki, 14 fevral 1994-cü ildə Murov dağı ətrafında rus-errməni işğalçıları ilə ağır döyüşlər gedib. Döyüşlərdə Azərbaycan Milli Ordusu ağır itki verib. Sərt hava şəraiti, kəskin soyuq, amansız şaxta döyüşü çətinləşdirib və bir yandan canlar alıb.
Nəticədə 140 nəfər hərbçi şəhid olub, 111 nəfər hərbçi itkin düşüb. 1337 nəfər hərbçini don vurub. 
Həmin gün Kəlbəcər bölgəsini tərk etmə əmri almış qoşunlarımız bölgəni ensiz Susuzluq-Təkəqaya-Ağdağ yolu ilə tərk etmək məcburiyyətində qalıb. Buna səbəb isə Ömər aşırımından keçən yolun Ermənistan qoşunlarının nəzarəti altında olması idi. 
Üstündən bir qərinə ötməsinə baxmayaraq, tariximizin qanlı səhifəsinə "Morovdağ faciəsi" kimi yazılan bu günün ağrısı, acısı unudulmur və xalqımız var olduqca unudulmayacaq. Xələfləri onların qanını yerdə qoymadı. Şükürlər olsun, bu gün Kəlbəcər də, sinəsi dağlı Murov da azaddı...
Bütün şəhidlərimizin ruhları şad olsun!

Sevinc
Dalidag.az



Kateqoriya: Kəlbəcər
Tarix: 14-02-2026 10:20
Baxış sayı: 382
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
14 / 02 / 2026