Reklam
İşdən çıxarılan Kəlbəcər sakini Prezidentə müraciət etdi
06-02-2026 22:20
İcra başçısı tərəfindən əsassız işdən çıxarıldığını iddia edən Kəlbəcər rayon İstibulaq kənd sakini Babək Müzəffər oğlu Quliyev ölkə başçısına müraciət edib. Dalidag.az müraciətin mətnini təqdim edir:
"Cənab Prezident, yazıb sizə bildirirəm ki, mən Quliyev Babək Müzəffər oğlu 01.11.2012-ci il tarixdən Kəlbəcər rayon İstibulaq KİƏD nümayəndəliyində Baş məsləhətçi -Baş mühasib vəzifəsində işləyirdim.Sizin 10 dekabr sərəncamınıza əsasən yerli İcra Hakimiyyəti nümayəndəliklərində Baş məsləhətçi -Baş mühasib vəzifəsi və nümayəndəliyin müavini vəzifəsi ixtisara düşdü. Nümayəndəlikdə struktur dəyişikliyi olduğu üçün, yeni vəzifə Baş məsləhətçi(ev təsərrüfatı uçotunun aparılması üzrə)vəzifəsi verildi.
Cənab Prezident, bizim ailə tərkibimiz 6(altı) nəfərdən ibarətdir.
1.Anam təqaüdçü, həm də ağır xəstədir
2.Yoldaşım işsiz(anam xəstə olduğu üçün anama qulluq edir).
Üç az yaşlı qız övladım olduğu halda Kəlbəcər rayon İcra Hakimiyyəti Başcısı Qocayev Azər məni 70a maddəsi ilə işdən azad etdi.
Mənim himayəmdə olan yaşlı, xəstə anam, işsiz yoldaşım və üç az yaşlı qız övladım olduğu halda Kəlbəcər rayon İcra Hakimiyyəti Başcısı Azər Qocayev məni 70a maddəsi ilə necə işdən azad edə bilər?!
Məni tanıyan iş yoldaşlarımdan hər biri də təsdiqləyə bilər ki, 13(on üç) il işlədiyim dövürdə, işlərimdə nöqsan olmamışdır və hətta iş yoldaşlarımın da işlərində dəstək olmuşam.
Cənab Prezident, Azərbaycan Respublikasının vətəndaşı kimi sizdən xahiş edirəm mənim müraciətimə baxasınız və aidiyyəti üzrə göstəriş verəsiniz".
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 06-02-2026 22:20
Baxış sayı: 3328Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























