Reklam
Jurnalist-pedaqoq Oqtay Salahlının 65 illik yubileyi qeyd edilib
03-02-2026 20:13
Kəlbəcər rayon 80 nömrəli tam orta məktəbdə həmin məktəbin müəllimi və ilk həmkar sədri Oqtay Sadıq oğlu Salahovun 65-illik yubleyi münasibətilə tədbir keçirilib. Tədbirdə Zahid Kazımov, Qabil Həsənəliyev və məktəb kollektivi iştirak edib. Oqtay müəllim uzun illərdir Kəlbəcər rayon 80 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərərək şagirdlərin bilik və tərbiyəsində mühüm rol oynayıb. O, məsuliyyətli, peşəkar və nümunəvi pedaqoq kimi həm şagirdlərin, həm də pedaqoji kollektivin dərin hörmətini qazanıb. Təhsilə verdiyi töhfələr və gənc nəslin formalaşmasında göstərdiyi xidmətlər tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Tədbirin sonunda Oqtay müəllim ETİHİ Kəlbəcər Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunub. Tədbir iştirakşıları Oqtay müəllimi bu əlamətdar gün münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür arzulayıblar.
P.S Dəlidağ.az olaraq saytımızın əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyi Kəlbəcər bölməsi olaraq isə Birliyiin üzvü Oqtay Salahovu 65 illik yubileyi münasibətilə təbrik edir, həyatında və yaradıcılığında uğurlar diləyirik!
Qeyd edək ki, Oqtay Salahov uzun müddət mətbuatda çalımış, bu gün də bu sahədə fəaliyyətini davam etdirir.

Kateqoriya: Kəlbəcər
Tarix: 03-02-2026 20:13
Baxış sayı: 2436Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























