Kəlbəcər rayon sakini arı sancmasından dünyasını dəyişdi

02-05-2026 14:12
Keçmiş məcburi köçkün, Kəlbəcər rayonunun Çovdar kənd sakini, 1978-ci il təvəllüdlü Nazim Müstəcəb oğlu Əmrahov arı sancması nəticəsində dünyasını dəyişib.

Yaxınlarının Dalidag.az-a verdiyi məlumata görə, hadisə Bakının Fatmayı qəsəbəsində müvəqqəti məskunlaşan Nazim Əmrahovun Tərtər rayonunda öz təsərrüfatında arılara baxış keçirərkən baş verib. O, baş nahiyəsindən arı sancmasına məruz qalıb.

Görülən zəruri tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!

Sevinc Q
Dalidag.az

"Çovdar və Şahkərəm" Cəmiyyəti və "Dalidag.az" saytı olaraq mərhumun ailəsinə, yaxınlarına kədərləndiyimizi bildirir,  dərin hüzünlə başsağlığı veririk!






Kateqoriya: Kəlbəcər
Tarix: 02-05-2026 14:12
Baxış sayı: 31 115
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını