Reklam
Türkiyədə Üzeyir Hacıbəyovun 140 illiyi münasibətilə konsert keçirilib
01-06-2025 15:14
Azərbaycan Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli sərəncamı ilə bu il dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, musiqişünas-alim, publisist, dramaturq və pedaqoq, ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, akademik Üzeyir Hacıbəyovun (1885-1948) 140 illik yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunur.Dalidag.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin Mətbut xidmətindən verilən məlumata görə, Türkiyənin paytaxtı Ankarada böyük musiqi xadiminin yubileyi münasibətilə “Çanaqqaladan Qarabağa: Zəfər dastanı” adlı konsert keçirilib.
Azərbaycan və Türkiyə opera sənətçilərinin iştirakı ilə gerçəkləşən gecə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Opera və Balet Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə iki ölkənin dövlət himnləri ifa olunub.
Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Opera və Balet Baş İdarəsinin müdir müavini Volkan Akkoç açılış nitqi söyləyiblər.
Sonra Xalq artistləri Azərin və Azər Zeynalovun, eləcə də qardaş ölkədən Kamil Kaplan, Çinar Onur, Güner Erkan və başqa tanınmış opera sənətçilərinin ifasında bir-birindən maraqlı muqisi nömrələri təqdim olunub.
Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Dalidag.az
Kateqoriya: Mədəniyyət
Tarix: 01-06-2025 15:14
Baxış sayı: 3191Yazı axını
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























