Reklam
Komitə sədri "Subyekt.az" saytının əməkdaşlarını təbrik etdi
09-04-2025 14:20
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, “Subyekt.az” xəbər saytının yayın həyatına başlamasının birinci ildönümü ilə bağlı saytın qurucu-baş redaktoru Rövşən Hüseynə təbrik məktubu göndərib:Dalidag.az həmin məktubu təqdim edir:
“Hörmətli Rövşən müəllim,
“Subyekt.az” xəbər saytının fəaliyyətə başlamasının birinci ildönümü ilə bağlı Sizi səmimi-qəlbdən təbrik edirəm!
Cəmi bir il ərzində formalaşaraq özünəməxsus mövqe qazanmaq hər bir media orqanı üçün mühüm uğurdur. Bu mənada, “Subyekt.az” ölkənin informasiya məkanına daxil olduğu gündən çevikliyi, cəmiyyətin diqqət mərkəzində olan məsələlərə həssas yanaşması və obyektiv təqdimat tərzi ilə seçilmişdir.
Ənənəvi jurnalistika dəyərlərini qorumaqla yanaşı, müasir çağırışlara adekvat cavab verməyi qarşısına məqsəd qoyan “subyekt.az”ın fəaliyyətində ictimai birliklər, dini qurumlar, eləcə də vətəndaş cəmiyyəti institutları ilə bağlı məsələlərin işıqlandırılması ayrıca təqdirəlayiqdir.
Əminliklə deyə bilərik ki, bir illik fəaliyyətiniz cəmiyyətə faydalı olmaq yolunda önəmli bir başlanğıcdır və gələcəkdə daha böyük uğurların təməlidir.
Bu münasibətlə Sizi Milli Məclisin
İctimai birliklər və dini qurumlar komitəsi adından bir daha təbrik edir, portalınıza və bütün yaradıcı heyətinizə davamlı inkişaf, geniş oxucu auditoriyası və peşəkar fəaliyyətinizdə uğurlar arzulayıram”!
Dalidag.az ailəsi olaraq biz də dəyərli həmkarlarımızı təbrik edir, yaradıcılıq uğulraı diləyirik!
Kateqoriya: Media
Tarix: 09-04-2025 14:20
Baxış sayı: 2654Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)




















