Reklam
"Nəyə görə məğlub, fahişə Ermənistana bu qədər güzəştə gedilməlidir?" - Əməkdar jurnalist
15-11-2020 20:02
"Azərbaycanın humanizmindən, “üzüyumşaqlığından” istifadə edib, həyasızlıqla daha 10 gün vaxt istəyirlər ki, Kəlbəcərin olan-qalan qızılını, meşələrini talan edib, Kəlbəcəri başdan-ayağa yandırıb, hər künc-bucağını minalayıb, cəhənnəm olsunlar..."
Dalidag.az xəbər verir ki, bunu Əməkdar jurnalist Rəhman Orxan öz facebook səhifəsində qeyd edib:
"Ermənilər 30 il Qarabağı dağıdıb-sökdülər, bəs olmadı ki, onlara vandallıq, vəhşilik üçün hələ bir 10 gün də vaxt verilir?
Onlara heç bir vaxt güzəşti edilməməlidir – nə Kəlbəcər, nə Laçın, nə də Ağdam üzrə. Rədd olub, cəhənnəm olub getsinlər!..
Azərbaycanın humanizmindən, “üzüyumşaqlığından” istifadə edib, həyasızlıqla daha 10 gün vaxt istəyirlər ki, Kəlbəcərin olan-qalan qızılını, meşələrini talan edib, Kəlbəcəri başdan-ayağa yandırıb, hər künc-bucağını minalayıb, cəhənnəm olsunlar. Biz niyə buna razı olmalı, onların nazı ilə oynamalıyıq? 10 noyabr razılaşmasının əksinə olaraq hər rayon üzrə 10 gün, bir ay, iki ay vaxt istəmək “razılaşma”nı imzalamış üç dövlətin hər birinin Prezidentinə hörmətsizlik, saymazyanlıqdır.
Baş verənlər hamısı Moskvanın qabaqcadan hazırladığı hiyləgər, məkrli planın başlanğıcıdır. Bizi tələyə salmaq istəyirlər (“it itin ayağını basmaz”). Nəyə görə məğlub, fahişə Ermənistana bu qədər güzəştə gedilməlidir? Nəyə görə? Niyə Rusiyanın “sülhməramlıları” Kəlbəcərə, onun meşələrinə od vuranların qarşısını qətiyyətlə almır, avtomatla vurub yerindəcə gəbərtmirlər? Rusiya da, Ermənistan da, “qoluboy” Fransa da, deyəsən, bizi çox üzüyumşaq görüblər. “Özümə yer eləyim, gör sənə nə eləyirəm” düşüncəsi ilə Qarabağa şağırılmamış qonaq kimi gələn Rusiya özünü daha çox ermənilərin qarantı kimi aparır. Rusların ermənilərlə birgə çalışdıqları, “öldükləri” odur ki, 2000-ə qədər döyüşçüsünü, ən müasir silah-sursatını Qarabağa tökdükdən sonra hansısa bir təxribatı bəhanə edərək, Azərbaycan Ordusu ilə üz-üzə dayansın, özünün ODKB “dostlarını” da Qarabağa töksün. Keçməyəcək, cənablar! Öldü var, döndü yoxdur. Rədd olub gedin! “Razıaşma” imzalanıbsa, ona kişi kimi əməl edilməlidir. Ermənilərə bir gün də əlavə vaxt vermək olmaz! QƏTİYYƏN! Dirənib durmaq lazımdır! 30 il vaxt vermişdik, bəsləridir!...", deyə, o fikrini bitirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, 15 noyabradək Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonundan çıxarılması nəzərdə tutulmuşdu.
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 15-11-2020 20:02
Baxış sayı: 2361
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23