Bayaq anamla telefonla danışıram, Deyir: "ay bala, sən deyirdin yas və toy adətlərimiz bizim axırımıza çıxacaq, mən səni qınayırdım. İndi bu pandemiya ən çox yas yerlərində yayılır". Əslində mən yas və toy adətlərinə qarşı çıxanda pandemiya-zad yox idi. Millət kimi formalaşağımıza mənfi təsirinə görə bu adətləri tənqid edirdim. Pandemiya fiziki cəhətdən bu adətlərin mənasız olduğunu təstiqlədi. Əslində bunun başqa tərəfləri də var. Deyə bilərsiniz ki, milli adət milləti niyə məhv etsin ki? -

"...Əlbət, türk dünyası bir yumruq olsa, Müsəlman torpağı heç vaxt ağlamaz..." Dalidag.az ş air-tərcüməçi Əkbər Qoşalının uyğunlaşdırmasında Qazaxıstanın Əməkdar İncəsənət xadimi, şair Rafael Niyazbekin bu günümüzlə səsləşən şeirini təqdim edir: QARABAĞIN GÖZYAŞI Qardaşın müqəddəs Qarabağ yurdu, Uzun illər işğal altında qaldı; İki dövlət arasında hərb oldu, Hər tərəfi yaxan atəş ucaldı. Suvardı torpağı acı göz yaşı – Qarabağı qara güclər qaraltdı. Nur çöhrəli axar çaylar çəkildi, Ağaclar qurudu

Bu günlərdə ABŞ-ın Stanford Universitetinin mütəxəssisləri tərəfindən “Dünyanın ən nüfuzlu elm adamları”nın siyahısı tərtib olunub. Həmin siyahıya azərbaycanlı alimlərin də adları daxil edilib. Dalidag.az xəbər verir ki, siyahı elmi istinad indeksi istifadə edilərək, dünyadakı elm adamlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanıb. Amerikalı mütəxəssislərin qiymətləndirməsinin nəticəsində bütün dünya üzrə müxtəlif ixtisasda 159 min 684 alimin adı “Plos biology” jurnalında nəşr

Ölkəmizdə voleybolun daha da inkişaf etməsi, xüsusilə Qarabağda kütləviləşməsi istiqamətində işlərə tezliklə start veriləcək. Dalidag.az xəbər verir ki, bu barədə Federasiyanın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bununla bağlı qurumun prezidenti Cavid Qurbanov tapşırıq verib. Voleybolun ölkəmizdə daha da populyarlaşması üçün xüsusi layihələr hazırlanmasının vacibliyini qeyd edən C.Qurbanov hədəfin hər zamankı kimi qələbə olduğunu vurğulayıb. Qarabağın işğaldan azad edilmiş

Müdafiə Nazirliyi İşğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndlərinin videogörüntülərini yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Serj Sarkisyan 2016-cı ildə Qarabağ ətrafındakı 7 rayonun təhvil verilməsinə çağırıb və Xankəndinin itirilməsinin mümkünlüyü barədə xəbərdar edib. Dalidag.az xəbər verir ki, bu açıqlama ilə Qarabağ separatçılarının "parlamenti"nin spikeri Artur Tovmasyan çıxış edib. "2016-cı il Aprel müharibəsindən sonra Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyan və Dağlıq Qarabağın o zamankı başçısı Bako Saakyan yerli parlamentin 22 üzvü ilə görüşdülər. Serj Sarkisyan bizi 7 bölgənin təhvil verilməsi barədə
Yazı axını