Reklam
Kəlbəcərli alimin adı “Dünyanın ən nüfuzlu elm adamları” siyahısına daxil edilib
29-11-2020 14:51
Bu günlərdə ABŞ-ın Stanford Universitetinin mütəxəssisləri tərəfindən “Dünyanın ən nüfuzlu elm adamları”nın siyahısı tərtib olunub. Həmin siyahıya azərbaycanlı alimlərin də adları daxil edilib.
Dalidag.az xəbər verir ki, siyahı elmi istinad indeksi istifadə edilərək, dünyadakı elm adamlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanıb. Amerikalı mütəxəssislərin qiymətləndirməsinin nəticəsində bütün dünya üzrə müxtəlif ixtisasda 159 min 684 alimin adı “Plos biology” jurnalında nəşr olunub.
Ən yüksək indeks balına uyğun hazırlanan siyahıya daxil edilən doqquz azərbaycanlı elm adamından beşi qardaş Türkiyədə fəaliyyət göstərir. Onlar Türkiyənin “Süleyman Dəmirəl Universiteti”nin inşaat mühəndisliyi bölümünün müəllimi Abdullah Sofiyev, “Orta Doğu Teknik Universiteti”nin fizika bölümünün müəllimi Təhmasib Əliyev, “Çanaqqala Onsekiz Mart Universiteti”nin müəllimi İsrafil Hüseynov, “İstanbul Teknik Universiteti”nin təyyarə mühəndisliyi bölümünün professoru Çingiz Hacıyev və “Yıldız Teknik Universiteti”nin mexanika mühəndisliyi bölümünün müəllimi Surxay Əkbərovdur.
Görkəmli alimimizin məhsuldar ömür yolu və elmi fəaliyyəti ilə yaxından tanış olaq. Texnika elmləri doktoru, İstanbul Texniki Universitetinin professoru Çingiz Məmməd oğlu Hacıyev 29 noyabr 1958-ci ildə, Azərbaycan Respublikasının Kəlbəcər şəhərində dünyaya göz açıb. Aviasiya və astronavtika, avtomatik idarəetme sistemləri, informasiya ölçmə texnikası sahələri üzrə nüfuzlu alim kimi tanınır.
Ç.Hacıyev 1981-ci ildə Rusiyada - Moskva Aviasiya İnstitutunun Uçan Aparatların Avtomatik İdarəetmə Sistemləri Fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1981-1983-cü illərdə Moskva Aviasiya İnstitutunun Uçan Aparatların Avtomatik İnformasiya Sistemləri kafedrasında araştırmaçı-stajor işləmişdir.
Gənc mütəxəssis hələ 1983-1986-cı illərdə “Nefteqazavtomat” Azərbaycan Elmi-İstehsalat Birliyinin aspiranturasında təhsil almış, 1987-ci ildə texnika elmləri namizədi, 1993-cü ildə ise texnika elmləri doktoru elmi dərəcələrini almışdır. 1986-1995-ci illərdə “Nefteqazavtomat” Azərbaycan Elmi-İstehsalat Birliyində elmi işçi, baş elmi işçi, şöbə müdürü müavini və laboratoriya müdiri vəzifələrində çalışmışdır. Sonralar 1995-1996-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləmişdir.
Eyni zamanda 1995-1996-cı illərdə Azərbaycan Texniki Universitetinin Elektronik-hesablama sistemlərinin layihələndirilməsi kafedrasında professor vəzifəsində işləmişdir.
1996-cı ildən etibarən İstanbul Texniki Universitetinin aviasiya və astronavtika fakultəsi, təyyarə mühəndisliyi kafedrasının professorudur. 2016-cı ildən isə təyyarə mühəndisliyi kafedrasının müdiridir.
2001-ci ildə Rusiya Federasiyasındakı Beynəlxalq Naviqasiya və Hərəkətin İdarə Edilməsi Akademiyasının həqiqi üzvü seçilib.
500-dən çox elmi əsərin, o cümlədən 14 kitabın müəllifidir. 7 elmi kitabı Avropa və Amerikanın nüfuzlu nəşriyyatları tərəfindən çap olunub. 90 elmi məqaləsi “Science Citation Index Expanded” (SCIE) indeksinə daxil edilən elmi jurnallarda çap olunub. 50-dən çox beynəlxalq konqres, konfrans və simpoziumun təşkilat yaxud texniki komitələrinə üzv seçilmişdir.
Aşağıdakı beynelxalq elmi jurnalların redaksiya heyetinin üzvüdür: Aircraft Engineering and Aerospace Technology: An International Journal (Böyük Britaniya), “Frontiers in Aerospace Engineering” (Amerika Birləşmiş Ştatları), “International Journal of Sustainable Aviation” (Cenevrə, İsveçrə).
Nüfuzlu alimimiz indiyə qədər aşağıdakı nüfuzlu mükafatara layiq görülüb:
Beynəlxalq Elm Fondunun mükafatı (1994, ABŞ); Davamlı Aviasiya Tədqiqat Cəmiyyətinin (Sustainable Aviation Research Society) Elm mükafatı (2016, Türkiyə); “Aerospace Science and Technology” jurnalının “Görkəmli Resenzent” mükafatı (Outstanding Reviewer Award) – (2017, Fransa); Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TUBİTAK) “Layihə performansı” mükafatı (2019, Türkiyə); “Beynəlxalq İxtira Yarışması” Qızıl mükafatı (2020, Türkiyə); “Beynəlxalq İxtira Yarışması” Bürünc mükafatı (2020, Türkiyə).
Yeri gəlmişkən, professor Çingiz Hacıyevin bu gün 62 yaşı tamam olur. Biz də öz növbəmizdə hörmətli həmyerlimizi, dünyada tanınan dəyərli alimimizi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Arzulayırıq ki, dəyərli intellektualımız növbəti ad gününü doğmaları ilə birlikdə özünün dünyaya göz açdığı, Azərbaycanın dilbər guşələrindən sayılan doğma Kəlbəcərində qeyd etsin.
Dalidag.az
Cəmilə Çiçək,
AJB və AYB-nın üzvü,
prezident təqaüdçüsü,
Filologiya üzrə fəlsəfə doktoru

Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 29-11-2020 14:51
Baxış sayı: 31 201
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23