Reklam
"O elin dağına dəli deyirlər" - Əkbər Qoşalıdan kəlbəcərli dostlarına şeirli təbrik...
25-11-2025 13:21
Əkbər QoşalıKəlbəcərli dostlara
Bir el var, dağına dəli deyirlər,
Coşğun çayları var – ondan irəli.
Nə varsa – “göylərdən gəlib” – deyirlər,
Gəl, bir ayna tutaq – sondan irəli…
Altı qızıl-qızıl, üst ağac-ağac,
Torpağı xas, yurdu nizamlı gördüm;
Yola baxan üzü həsrətdən qaxac,
Gözlərinin dibi saralmış – gördüm…
Baxışlar – 30 il o yanda qalıb,
Hər ağac – bir qələm, hər düzən – varaq…
Çiçəyi, meyvəsi canında qalıb –
Gör necə sıxıbmış dişini torpaq…
Qışın oğlan çağı İstidir suyu,
Yayına Buz bulaq sərinlik qatar…
Çəməndə bal küpü, dərədə Turşsu
Təbiət bu yerdə tarazlıq tapar...
Heç vaxt soyumadı isti umudu,
Umuddan göyərən qürur – Kəlbəcər!
Bir qara saz dinir ağ günlər üçün:
-Toxum ək, dən tulla, bərəkət becər…
O elin dağına dəli deyirlər,
Coşğun çayına bax – ondan irəli.
Nə olsa – “göylərdən gəldi” – deyirlər,
İrəlidən sona, sondan irəli…
2025
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 25-11-2025 13:21
Baxış sayı: 3256Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























