Reklam

Məlumat verdiyimiz kimi Kəlbəcərdə yanğın hadisəsi baş verib. Əsasən rayonun Qalaboynu, Qaraxançallı, Şahkərəm və Çovdar kəndləri ərazisində açıq örüş-otlaq sahələrində başlayan yanğının miqyası sürətlə böyüyür və artıq yanğın qonşu Laçın rayonunun ərazisinə də keçib. Dağlıq yerlərdə və meşələrdə baş verən yanğınlar ərazinin flora və faunasını məhv etməklə yanaşı, torpaq örtüyünü zədələyir, həmçinin su mənbələrinə də mənfi təsir göstərir. Fəsilə uyğun olaraq ot örtüyünün və yarpaqların quru

2026-cı ildə Laçın rayonunun Şəlvə və Pircahan kəndlərində bərpa-tikinti prosesinin başladılması planlaşdırılır. Dalidag.az xəbər verir ki, bunu "MDB-nin mədəniyyət paytaxtı – 2025" ilinin bağlanış mərasimindən sonra Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, artıq Yeni Qorçu qəsəbəsində də söküntü işlərinə başlanılıb: "Ümid edirik ki, növbəti ildən orada da tikinti prosesinə başlanılacaq". Məsim Məmmədov

Kəlbəcərdə açıq ərazidə yanğın hadisəsi baş verib. Hazırda yanğın genişlənərək Laçın rayon ərazisinə keçib. Dalidag.az xəbər verir ki, əraziyə FHN-nin Laçın, Kəlbəcər, Gəncə və Tərtər rayonlarından yanğınsöndürən bölməsinin əməkdaşları cəlb edilib. Yanğınsöndürmə əməliyyatı davam etdirir.

Bu gün axşam saatlarında Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqovun anası Nabat xanım vəfat edib. Dalidag.az bildirir ki, bu barədə Qurban Sadıqov öz facebook səhifəsində duyğulu fikirlər paylaşıb: "15 noyabrda sənin 86 yaşını qeyd etdik. Agır xəstəliyinə görə bilirdim ki,bu ad günündə sənin iştirakınla son dəfə ailəmiz başına toplaşıb. Allah sənə rəhmət eləsin!Ruhun şad, məkanın cənnət olsun, nur üzlü, əsl Azərbaycan qadını olan, qaygıkeş ANAM!Biz nə

İlham Məmmədli Dalidag.az Sevinc Qəribin təqdimatında İlham Məmmədlinin şeirlərini təqdim edir : Taparsan Nərgizi yamacda, zanbağı suda, Al yanaq laləni düzdə taparsan. Bənövşə gizlənər kolun dalında, Qanqalı hər yolda-izdə taparsan. Tanrı öz qələmin çəkib güllərə, Adları yayılıb, düşüb dillərə. Hər biri yaraşar incə əllərə, Qönçə zərifliyin üzdə taparsan. Güllər ki, yazılıb bahar baxtında Elə qönçə tutub açar vaxtında. Qızılgül oturar şahlıq taxtında Maralçiçəyini yazda taparsan. Səni

Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb. Dalidag.az xəbər verir ki, bu mərhələdə kəndə 13 ailə (48 nəfər) köçürülüb. Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 568-ə (2 min 243 nəfər) çatıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dalidag.az xəbər verir ki, bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə daha 33 ailə - 177 nəfər yola salınıb. Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bədii qiraət səslə ruhun qovuşduğu anın sənətidir; söz sərhədləri aşır, duyğular qəlbə süzülür, misralar əbədi ahəngə çevrilir. Burada kəlmələr sadəcə səslənmir, ruhun dərinliklərindən süzülərək dinləyicinin qəlbinə yol tapır. Şeir söyləmək bir bacarıqdır, lakin qiraətçi olmaq tamam başqa dünyadır - şeirin içində yaşamaq, misraların nəfəsi ilə nəfəs almaq, hər sözü qəlbin işığında nura boyamaq… bu sözün ruhunu duyanların yoludur. Qiraətçi şeiri söyləməz, yaşayar; hər misranın içindən keçərək

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 112 nəfər köçürülüb. Dalidag.az xəbər verir ki, Kəlbəcər şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
"O elin dağına dəli deyirlər" - Əkbər Qoşalıdan kəlbəcərli dostlarına şeirli təbrik...
(25-11-2025, 13:21)
(25-11-2025, 13:21)

Əkbər Qoşalı Kəlbəcərli dostlara Bir el var, dağına dəli deyirlər, Coşğun çayları var – ondan irəli. Nə varsa – “göylərdən gəlib” – deyirlər, Gəl, bir ayna tutaq – sondan irəli… Altı qızıl-qızıl, üst ağac-ağac, Torpağı xas, yurdu nizamlı gördüm; Yola baxan üzü həsrətdən qaxac, Gözlərinin dibi saralmış – gördüm… Baxışlar – 30 il o yanda qalıb, Hər ağac – bir qələm, hər düzən – varaq… Çiçəyi, meyvəsi canında qalıb – Gör necə sıxıbmış dişini torpaq… Qışın oğlan çağı İstidir suyu, Yayına Buz bulaq
Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























