Dəlidağ.az xəbər verir ki, 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputat seçilən Mircəlil Qasımlı Milli Məclisin bu gün keçirilən plenar iclasında seçiciləri maraqlandıran və narahat edən bəzi mühüm məsələləri gündəmə gətirib. Daha ətraflı aşağıdakı linkdə:

Növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Dalidag.az xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub. Açarların təqdim

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır. 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə

Milli Məclisin daha bir passiv deputatının adı məlum olub. Parlamentin gənc deputatlarından biri Mircəlil Qasımlı plenar iclaslarında heç vaxt çıxış etmədiyi üzə çıxıb. Qanunverici orqanın fəaliyyətini işıqlandıran jurnalistlərin dediyinə görə, Mircəlil Qasımlı nəinki Milli Məclisin sessiyalarında, hətta komitələrin iclaslarında da çıxış etmir. Parlament jurnalistləri gənc deputatla bağlı maraqlı müşahidələrini bölüşüblər. Onlar plenar iclaslarda danışmağa meylli olmayan Qasımlı şəkil

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç yola salınıb. Öz dədə baba yurduna qayıdan ailələr Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb. Dalidag.az -ın xəbərinə görə, bu mərhələdə Şuşakənd kəndinə 19 ailə olmaqla 55 nəfər, Xanyurdu kəndinə isə 12 ailə olmaqla 34 nəfər öz dədə baba yurduna qayıdıb. Doğma yurda qayıdan ailələr

Noyabrın 13-də doğma yurduna yola salınan köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə və Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə çatıb. Dalidagaz -ın xəbərinə görə, bu mərhələdə Xocalının Badara kəndinə köçürülən 19 nəfərdən ibarət 6 ailəyə, Daşbulaq kəndinə 31 nəfərdən ibarət 9 ailəyə, Ağdərənin Vəngli kəndinə isə 45 nəfərdən ibarət 11 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi

Ataki ş iyeva H ə c ə r Azərbaycan epistolyar irsinin inkişaf etdirilməsində Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktublarının xüsusi xidmətləri danılmazdır. Hər iki ədib çoxəsrlik ədəbi mədəni irsimizin inkişafında əvəzolunmaz xidmətlər göstərərək məktubları vasitəsilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdirlər. Ədiblərimiz müntəzəm olaraq, bir-biriləri ilə məktublaşdıqlarına görə Azərbaycanın epistolyar irsi olduqca zəngindir. Görkəmli Azərbaycan mütəfəkkirləri məktublarında

Azərbaycan Dövlət Televiziyasının (AzTV) Gürcüstan bürosunun müxbiri Ruslan Həsənov Türkiyəyə məxsus C-130 təyyarəsinin qəzaya düşdüyü ərazidə xəsarət alıb. Dalidag.az xəbər verir ki, bu barədə "qafqazinfo”ya R.Həsənov özü məlumat verib. O bildirib ki, dünəndən hadisə yerindədir və yaralanması təsadüfən olub. R.Həsənov çəkiliş vaxtı yıxıldığını, ayağından xəsarətlər aldığını və xəstəxanaya yerləşdirildiyini qeyd edib. Dalidag.az

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Dalidag.az -ın məlumatına görə, müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi.

Tanınmış jurnalist Şahin Babayev vəfat edib. Dalidag.az xəbər verir ki, Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədr müavini Şahin Ənvər oğlu Babayev bu gün 61 yaşında vəfat edib. Onun qəfil ürəktutmasından dünyasını dəyişdiyi bildirilir. Şahin Babayevin bacısının bildirdiyinə görə, mərhumla vida mərasimi 12 noyabr saat 13-00-da "Heydər" məscidində olacaq. Allah rəhmət eləsin! Dalidag.az
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05 / 04 / 2026