Reklam
“7 rayonu təhvil verməsək, Xankəndini itirəcəyik” - Sarkisyanın etirafı üzə çıxdı
29-11-2020 10:27

Serj Sarkisyan 2016-cı ildə Qarabağ ətrafındakı 7 rayonun təhvil verilməsinə çağırıb və Xankəndinin itirilməsinin mümkünlüyü barədə xəbərdar edib.
Dalidag.az xəbər verir ki, bu açıqlama ilə Qarabağ separatçılarının "parlamenti"nin spikeri Artur Tovmasyan çıxış edib.
"2016-cı il Aprel müharibəsindən sonra Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyan və Dağlıq Qarabağın o zamankı başçısı Bako Saakyan yerli parlamentin 22 üzvü ilə görüşdülər. Serj Sarkisyan bizi 7 bölgənin təhvil verilməsi barədə razılıq verməyə çağırdı. Biz Madrid prinsiplərinin erməni xalqının köklü maraqlarını ifadə etmədiyini söylədik. O bildirdi ki, siz "Kars, Kars" mahnısını dəfələrlə dinləmisiniz və Madrid prinsiplərini qəbul etməkdən imtina etsəniz, o zaman bir gün "Stepanakert, Stepanakert" (Xankəndi - red.) mahnısını eşidəcəksiniz. O, bunu qəfldən dedi", - Artur Tovmasyan "infoport.am" nəşrinə bildirib.
A.Tovmasyan 9 noyabrda Stepanakertin boş olduğu və Azərbaycan Ordusunun şəhərdən bir neçə kilometr məsafədə yerləşdiyi zaman Serj Sarkisyanın sözlərini xatırladığını etiraf edib.
Qeyd etmək lazımdır ki, Serj Sarkisyanın bəhs etdiyi mahnıda "Qars - erməni torpağıdır və sual səslənir ki, şəhər Ermənistanın tərkibinə nə vaxt qayıdacaq" deyilir.virtualaz.org
Dalidag.az
Kateqoriya: Manşet / Qarabağ
Tarix: 29-11-2020 10:27
Baxış sayı: 3338Yazı axını
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
03 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
30 / 06 / 2026
Ən çox oxunanlar





























