Reklam

"Bu adətlər qurama teatr səhnəsinə bənzəyir"- Elşən Əzim
29-11-2020 22:47

- Ona görə ki, adətləri, ritualları millət yaratmır. Bunlar ayrı-ayrı tayfaların mərasim üsullarının təmərküzləşməsindən əmələ gəlir, xalq folklorunu yaradır, millət ideologiyasını yaratmır.
- Ona görə ki, xalq folklorunun əsirinə çevrilməklə gələcəyi keçmişə qurban vermiş oluruq...
- Ona görə ki, bu adətlər zaman dəyişdikcə əsl mahiyyətini itirir, qurama teatr səhnəsinə çevrilir.
- Ona görə ki, bir zamanlar o ritualların bir başa təşəbbüskarı, icraçısı və iştirakçısı olan ağsaqqal və ağbirçəklər zaman keçdikcə, o adətlər öz mahiyyətini itirib teatr tamaşasına dönüşdükcə o tamaşanın aktyor və aktrisalarına çevrilir. (Biz səhnədə ağsaqqal və ağbirçək yox, o rolları ifa edən aktyor və aktrisalar görürük.) Anam yas adətlərindən danışdı, mən isə düşük, əttökən toy adətlərini yada saldım. Bu gün pandemiya səbəbiylə ölkəmizdə toy-nişan mərasimləri keçirilmir. Nəticədə bir-birini sevən gənclərimiz qovuşa bilmir. Niyə?
- Ona görə ki, hər bir gənc bu lazımsız ritualların bütün mərhələlərindən adlayıb ailə qurmağa məhkumdur. Onlar bunu istəyirmi? Soruşan yoxdur.
- Ona görə ki, ağsaqqal və ağbirçək bildiklərimiz o səhnədə rol almaq istəyir. (Bir aktyorun Otello, bir aktrisanın Dezdemona rollarında ifa etmək arzusu kimi) Bu gənclər yenə də ağsaqqal və ağbirçək xeyir-duası ilə toysuz-nişansız nikah bağlaya bilməzlərmi?
-Bu toplumun içərisində qətiyyən yox. O böyükləri el ağsaqqal, ağbirçək siyahısından çıxaracaq, o gənc ailəni hamı daş-qalaq edəcək. Bəs bu kütlə kütbeyinliyindən millət ideologiyası hansı ziyanı çəkəcək? Bir neçə hamının anlayacağı ən sadələrini deyirəm:
- Bu qədər şəhid vermişik, onların yeri və millətin sayı yeni ailələrdə doğulacaq uşaqlarla dolmayacaq.
- Pandemiya səbəbiylə çökən təhsil sistemimiz 6 ildən sonra birinci sinif şagirdi qıtlığı yaşayacaq.
- 18 ildən sonra orduya çağırılan gənclərin sayı aşağı düşəcək. Əziz valideynlər, dəbdəbəli toy arzularınıza görə gənclərimizin səadətinə və millətimizin gələcəyinə mane olmayın. Əziz gənclər, bir-birinizi sevirsinizsə, valideyn xeyir-duası ilə nikah məmuruna yaxınlaşıb ailə qurun. Vallah, o toy kasetinə baxanda gic ritualların icraçısına çevrildiyiniz üçün özünüz də xəcalət çəkəcəksiniz.
Elşən Əzim
Dalidag.az



Yazı axını
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar