Gənc şair Eşqin Məmmədov Vətən müharibəsində şəhid olmuş dostu İlkin Abbasovun ürəyindən keçən son sözlərini şeirə çevirib. Dalidag.az həmin şeiri təqdim edir: BİR DAHA Bəlkə mənə tanrı rəva bilmədi, Dərəmmədim bu gülləri, bir daha. Bu şeirin başqa cürdür qisməti, Ovundurar könülləri, bir daha.Həyat bir iblisdir, işi xatalı, Ömrüm ötür tufanlarda bəlalı. Doğmalarla, həm atalı, analı, Çətin tapam o günləri, bir daha.Hələ deyilməmiş neçə sözüm var, Bir övlad axtaran qəmli gözüm var, Hər daşda,

“Azərbaycan Prezidentinin ötən günlərdə dediyi hamının yaxşı yadındadır ki, “biz Şuşaya bir nəfəs qədər yaxınıq”. Yəni bu, o deməkdir ki, bizim ard-arda elanlar olmalıdır. Elanlar da yəqin ki, işğaldan azad edilmiş ərazilərlə bağlı olacaq”. Dalidag.az xəbər verir ki, bu fikirləri ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri indi elə bir mərhələdədirlər ki, bir-birinin ardınca bizim işğal altında olan əraziləri

Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistana köçürülüb. Dalidag.az xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova apa-ya faktı təsdiqləyib. Bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslər Ermənistana köçürülüb. Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistana köçürülməsi barədə mətbuatda məlumatlar yayılmışdı. Qeyd edək ki, 2014-cü ilin

Ağdərədə yerləşən Ermənistan silahlı qüvvələri 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının bölmələrinin təminatında ciddi çatışmazlıqlar yaranıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrdə ərzaq, hərbi əmlak, döyüş sursatlar, yanacaq sürtkü materialları çatışmır. Cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itki verən düşmən bu itkilərin yerini doldurmaq imkanına malik deyil. Bundan əlavə, qeyd olunan

Bu gün münaqişə bölgəsində erməni əsgərlərinin “şərəfli qələbə salnaməsini”, “cəsarət və qəhrəmanlığı”nı işıqlandırmağa dəvət olunan jurnalistlər, xüsusən də Semyon Peqov əslində məğlubiyyət salnaməsini lentə alır. Dalidag.az xəbər verir ki, bu fikri “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə bildirib. Onun sözlərinə görə, heç bir “qürur”, “məğlubedilməzlik”, “ruh sarsılmazlığı” haqqında qavramlar erməni tərəfinin üzləşdiyi həqiqi fəlakətin mənzərəsinin üstünü örtmür və

Son iki sutkadır, Şuşa şəhərinin girəcəyində və ətrafında intensiv döyüşlər gedir. Bu barədə erməni mənbələri məlumat yayıblar. Bunu yerlərdə olan bir neçə xarici jurnalist də təsdiq edir. Eyni zamanda, Laçın-Şuşa yolunda hərbi toqquşmaların olduğu bildirilir. Erməni KİV-in məlumatına görə, azərbaycanlı iki xüsusi təyinatlı qrup yolu bloklayıblar. Erməni qoşunların Şuşa və Xankəndidəki mövqeləri intensiv atəşə tutulur, lakin erməni KİV bunu mülki obyektlərin atəşə tutulması kimi təqdim edir.

ASALA erməni terror təşkilatı, onun rəhbərləri, eləcə də Suriyadan olan erməni mənşəli muzdlular işğal olunmuş Dağlıq Qarabağda ön cəbhədə döyüşür. Dalidag.az xəbər verir ki, bu barədə “Jewish Press”in araşdırması nəticəsində məlum olub. Qeyd olunub ki, bölgədən əldə olunan fotogörüntülərdə hətta Liviyadan olan döyüşçülər yer alıb. Araşdırma nəticəsində məlum olub ki, yenidən bərpa olunmuş ASALA ilə suriyalı, livanlı və liviyalı silahlıların birləşməsi ilkin olaraq erməni terror təşkilatının

Noyabrın 5-i gün ərzində və 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək
Yazı axını