İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb. Dalidag.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib. O bildirib ki, zərərin ən çox olduğu Bayraklıda 6 bina xarabalığa çevrilib: “7 bina qəzalı vəziyyətdədir, 9-u isə ciddi şəkildə ziyan görüb. 3 bina orta dərəcədə zədələnib, 260 bina daha az ziyan görüb. 586 binada isə heç bir ziyan olmadığı təyin edilib".

İşğal olunmuş ərazimizdə yerləşən Ermənistan silahlı qüvvələrinin raket-artilleriya silahları anbarı bir neçə gün əvvəl tərəfimizdən məhv edildikdən sonra düşmən bölmələrində ciddi sursat qıtlığı yaranıb. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir. "Buna görə də düşmən sərəncamında olan bütün sursatları döyüşlərin ən qaynar getdiyi istiqamətdə istifadə etməyə çalışır. Oktyabrın 31-də axşam saatlarında ərazinin havadan müşahidəsi zamanı sursatla dolu iki yük maşının

Ömür Tanrı payıdı. Kiminə çox , kiminə az düşər bu paydan. Kimi az ömründə çox iş görər, kiminin çox ömrü boş və mənasız keçər... Erkən yaşlarından sözə könül verən şair, jurnalist Namiq Dəlidağlı da ömür payını boşuna xərcləməyib.Təmənnasız gördüyü işlər, qazandığı sevgi, hörmət bunu sübut edir. Sevgisi, sədaqəti, milli ruhu ilə türk adına, kökünə sadiqdir. Gen daşıyıcılarının, mühitin mütləq təsir prizmasından baxanda onun başqa cür ola biləcəyi düşüncəsi anındaca dəyişir. Kəlbəcərin

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutub. Dalidag.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 1-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən ordu bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.
Yazı axını