Gəncə şəhərində yaşayan kəlbəcərli məcburi köçkünlər Kəlbəcər rayonunun işğaldan azad edilməsi xəbərini bayram kimi qeyd ediblər. Dalidag.az -ın məlumatına görə, tədbirdə iştirak edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Türkiyənin Gəncədəki konsulu Zeki Öztürk və qonaqlar Ulu öndər Heydər Əliyevin abidəsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri düzüblər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Dalidag.az Müdafiə Nazirliyinə istinadən bölmələrimizin Daşkəsən istiqamətindən Kəlbəcər rayonuna daxil olmasının videogörüntülərini təqdim edir:

Bu gün bir qrup Kəlbəcər sakini rayonun işğaldan azad edilməsi münasibətilə Bakıda Şəhidlər Xiyabanını ziyarət edib. Dalidag.az xəbər verir ki, sakinlər şəhidlərin xatirəsini ehtiramla yad edib, qələbə münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıblar.

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən bu gün Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Artıq Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub. Dalidag.az xəbər verir ki, 28 ilə yaxındır həsrətlə gözlənilən bu hadisə- növbəti qələbəmiz xalqımızın, xüsusən də kəlbəcərlilərin hədsiz sevincinə səbəb olub. Bu gün hamı bir-birini təbrik edir, şükranlıq ifadələrini dilə

Bakıda Kəlbəcərin erməni işğalından azad edilməsi ilə bağlı avtoyürüş keçirilib.Heydər Əliyev Mərkəzinin qarşısından başlayan avtoyürüş Şəhidlər Xiyabanına qədər davam edib. Dalidag.az musavat.com-un yürüşdən hazırladığı videoreportajı təqdim edir:

Bu gün Ermənistanın işğalından azad edilən Azərbaycanın Kəlbəcər rayonun əhalisinin sayı açıqlanıb. Dalidag .az xəbər verir ki, 2020-ci ilin yanvarın 1-i tarixinə olan məlumata əsasən, rayonun əhalisi 77 min nəfərdir. Hazırda rayondan məcburi köçkün düşənlərin 22%-i Gəncədə, 14%-i Bakıda, 12%-i Goranboyda, qalan hissəsi ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşıb. Dalidag .az

“Azərcosmos” bu gün azad edilən Kəlbəcər rayonunun peyk görüntülərini yayıb. Dalidag .az xəbər verir ki, Kəlbəcər rayonunun işğaldan azad olunduqdan sonrakı təsvirləri “Azersky” peyki ilə çəkilib. Qeyd edilib ki, işğal dövrü ərzində Kəlbəcər rayonunda xeyli sayda tarixi-mədəniyyət abidəsi, muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni vandalları tərəfindən xarabalığa çevrilib. Rayonun ərazisindəki Qafqaz Albaniyası memarlığının nümunəsi olan “Xudavəng” və “Gəncəsar” monastır

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Müdafiə Nazirliyinə xəbər verir. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir. Gün ərzində Kəlbəcərdən foto və
Yazı axını