Reklam

"Hər birinizi bağrıma basıram..."- Cavid Qurbanov yurddaşlarını təbrik etdi
25-11-2020 16:15

Dalidag.az xəbər verir ki, 28 ilə yaxındır həsrətlə gözlənilən bu hadisə- növbəti qələbəmiz xalqımızın, xüsusən də kəlbəcərlilərin hədsiz sevincinə səbəb olub. Bu gün hamı bir-birini təbrik edir, şükranlıq ifadələrini dilə gətirir. Əslən Kəlbəcərdən olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Kəlbəcərin işğaldan azad olunması münasibətilə həmyerlilərini təbrik edib:
"Əziz yurdaşlarım, bacılarım, qardaşlarım. Nəhayət ki, 27 il 7 aydan sonra Kəlbəcərimiz şərəfsiz, vandal, quldur düşmənlərimizdən təmizləndi. Bu şanlı qələbəmiz münasibətilə hər birinizi bağrıma basıram.
Bu qələbə sevincini bizə yaşadan möhtərəm cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə sonsuz ehtiramımızı və minnətdarlığımızı bildiririk. Bu qələbə Ulu Öndərimiz Heydər Əliyev siyasətinin, onun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin qələbəsidir! Ölkəmizdəki xalq-iqtidar birliyinin qələbəsidir! Müzəffər Ordumuzun qələbəsidir! Həm diplomatiyada, həm də ordu quruculuğundakı uğurlarımızın nəticəsidir! Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən Savaşında qızıl həriflərlə tarixi bir salnamə yazdı. Eşq olsun Müzəffər ordumuza! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza! Bu qələbə tariximizə qızıl hərflərlə, qızıl imza ilə yazıldı və möhürləndi. İnşAllah doğma yurdlarımızda sizlərlə görüşəcəyik, cənab Prezidentimizin rəhbərliyi ilə Kəlbəcəri dirçəldəcəyik.
Allah bu şərəfli və xoşbəxt günləri bizə nəsib edən Müzəffər Milli Ordumuza və Müzəffər Ali Baş Komandanımıza yar və yardımçı olsun.
Qəhrəman Milli Ordumuzun və Ali Baş Komandanımızın şücaəti və rəşadəti ilə Kəlbəcər bizə, biz də Kəlbəcərə qovuşduq.
Bayramımız mübarək olsun, əziz yurddaşlarım.
Kəlbəcər bizimdir!
Qarabağ Azərbaycandır!"
Qeyd edək ki, Cavid Qurbanov tanınmış kəlbəcərli aşıq-şair Dədə Şəmşirin nəvəsi, Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədri, Qənbər Qurbanovun oğludur.
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
