Reklam
Gəncədə Kəlbəcər coşqusu...- Şəkillər
25-11-2020 18:02

Gəncə şəhərində yaşayan kəlbəcərli məcburi köçkünlər Kəlbəcər rayonunun işğaldan azad edilməsi xəbərini bayram kimi qeyd ediblər.
Dalidag.az-ın məlumatına görə, tədbirdə iştirak edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Türkiyənin Gəncədəki konsulu Zeki Öztürk və qonaqlar Ulu öndər Heydər Əliyevin abidəsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin xalqa müraciətindən sonra Gəncə şəhəri yerləşən 1500 ailəlik yeni qəsəbədə və ətrafda yaşayan kəlbəcərli məcburi köçkünlər Mədəniyyət sarayının qarşısına əllərində Azərbaycan bayrağı və “Qarabağ”, “Qarabağ Azərbaycandır”, “Kəlbəcər Qarabağdır”, “Yaşasın Ali Baş Komandan!”, “Biz Kəlbəcərə qayıdırıq”, "Yaşasın Azərbaycan Ordusu" müxtəlif şüarlar tutaraq bir-birini təbrik edib, doğma yurdlarının, el-obalarının işğaldan azad olmasını bayram ediblər. Uşaqdan böyüyə hər kəs Kəlbəcərdən gələn xoş xəbərin coşqusunu yaşayıblar.
Dalidag.az







Kateqoriya: Kəlbəcər
Tarix: 25-11-2020 18:02
Baxış sayı: 3483Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























