Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 8-dək 5 şəhər, 3 qəsəbə və 215 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 79 kəndi, Füzuli şəhəri və rayonun 36 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 47 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 22 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 26 kəndi, Xocalının 2 kəndi, Şuşa şəhəri, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində

"Qüdrətli, şanlı,müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın qədim şəhəri,Qarabağımızın mədəniyyət beşiyi olan Şuşamızı düşmən işğalından azad etdi. 28 illik həsrətimizə son qoyuldu. Mənim yuxularım çin oldu! Gözün aydın Azərbaycan xalqı! Eşq olsun Müzəffər Azərbaycan Ordusuna! Xalqımızı Moskvadan bu böyük qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm!" Dalidag.az bildirir ki, bu sözləri tanınmış şair, Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü,

Bu gün Xankəndidə qalan sonuncu mülki əhali də şəhəri tərk edib. Dalidag.az xəbər verir ki, şəhərin çıxışında avtomobillərin böyük tıxacı yaranıb. Azərbaycan əsgərinin bir nəfəs qədər yaxında olduğunu görən ermənilər İrəvana üz tutaraq qaçmağa başlayıblar.

"Şuşa şəhərinin erməni işğalından azad olunduqdan sonra "Azersky” peyki ilə çəkilmiş təsvirini təqdim edirik”. Dalidag.az xəbər verir ki, bu barədə "Azərkosmos” ASC məlumat yayıb. Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın 28 ildən sonra işğaldan azad edilməsini elan etdi.

Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad etdi. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib. Xatırladaq ki, Erməni silahlı qüvvələrinin 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşaya başlayan hücumu nəticəsində mayın 8-i şəhər işğalçılar tərəfindən tutulub. 28 ildir düşmən tapdağında olan Azərbaycanın dilbər guşələrindən biri, mədəniyyət beşiyi, Xarıbülbülün vətəni, Qarabağ xanlığının tarixi paytaxtı Şuşa bu gün işğaldan azad olunub. Dalidag.az

Noyabrın 7-si gün ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən xəbərə görə, döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub.

Bu gün vətənində vətənsiz olan, dərd heykəlinə dönən, yurdun dörd yanına səpələnmiş kəlbəcərlilərin uşaqdan-böyüyə hansından “Ən böyük arzun nədir?” deyə soruşsalar, “Ən böyük arzum tezliklə Kəlbəcərə dönməkdi” cavabını verəcək. 1978-ci il yanvarın 26-da Kəlbəcərin Milli kəndində doğulan Cəsarət Ələddin oğlu Camalov da bu həsrətlə yaşayanlardan biridir. 15 yaşında doğulduğu cənnətimiz Millini tərk edən Cəsarət ailələri ilə birlikdə əvvəlcə Bərdə rayonu Kələntərli kəndində sığınacaq tapmış, bir
Yazı axını