Reklam
"Müjdə gözləyirdim, Şuşa müjdəsi, axır ki, axır ki, yuxum çin oldu..." -Nəsib Nəbioğlu
08-11-2020 16:16
"Qüdrətli, şanlı,müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın qədim şəhəri,Qarabağımızın mədəniyyət beşiyi olan Şuşamızı düşmən işğalından azad etdi. 28 illik həsrətimizə son qoyuldu. Mənim yuxularım çin oldu! Gözün aydın Azərbaycan xalqı! Eşq olsun Müzəffər Azərbaycan Ordusuna! Xalqımızı Moskvadan bu böyük qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm!"
Dalidag.az bildirir ki, bu sözləri tanınmış şair, Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu Verdiyev Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə qeyd edib. Təqdim etdiyimiz, müəllifin bir neçə saat əvvəl qələmə aldığı şeir isə onun hisslərinin təzahürüdür.
YUXUM ÇİN OLDU, ALLAH
Ay Şuşa dağları, bu günə şükür,
Çəkilir başından dumanın, çənin.
Gərək dizin-dizin sürünəm gələm,
Gəlirəm, başına dolanım sənin.
Köksümə sıxacam bir dəli kimi,
Hər gülü, çiçəyi, yarpağı, Şuşam!
Yaman darıxmışam gör neçə ildir.
Öpüm qucaqlayım, torpağı, Şuşam!
Bu kövrək misralar sənindir sənin,
Varlığım yaşayır sənin adında.
Sənə istəyimi, sənə sevgimi,
Göndərdim şerimin qanadlarında.
Qürbətdə daşıdım dərdi-sərini,
Sənin həsrətindən dəli kimiydim.
Bir ömür yaşadım əzab içində,
Köklənmiş bir sazın sarı simiydim.
Elə darıxmışam səndən ötəri,
Gözümə sürtəcəm torpağı orda.
Gözlərimdə qalmaz arzu-istəyim,
Görsəm dalğalanan bayrağı orda.
Şehli otlarını sıqallayacam,
Bağrıma basacam orda hər gülü.
Hər bahar gələndə bilirsənmi heç,
Gözlərim arayıb Xarıbülbülü.
Ay tərlan xəyalım məni dağların,
Qayasına çatır, daşına çatır.
Qürbətdə heç nəyə gücüm çatmayır,
Gücüm gözlərimin yaşına çatır.
Sən əsir qalandan nələr çəkmişəm,
Sən bahar ömrümü xəzan elədin.
Çox şükür, çox şükür axırda məni,
Bir Şuşa sevdalı ozan elədin.
Nə vaxtdan üzünü görmədim sənin,
Mən nələr yaşadım bu ayrılıqdan.
Müjdə gözləyirdim Şuşa müjdəsi,
Bu səhər başqa cür sökülürdü dan!
Azadlıq sorağı verdi bu səhər,
Ömrümə yazılan gözəl gün oldu.
Sevincdən sözümü deyə bilmirəm,
Axır ki, axır ki, yuxum çin oldu.
Moskva, 08.11.2020
Nəsib Nəbioğlu
Dalidag.az
Dalidag.az bildirir ki, bu sözləri tanınmış şair, Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu Verdiyev Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə qeyd edib. Təqdim etdiyimiz, müəllifin bir neçə saat əvvəl qələmə aldığı şeir isə onun hisslərinin təzahürüdür.
YUXUM ÇİN OLDU, ALLAH
Ay Şuşa dağları, bu günə şükür,
Çəkilir başından dumanın, çənin.
Gərək dizin-dizin sürünəm gələm,
Gəlirəm, başına dolanım sənin.
Köksümə sıxacam bir dəli kimi,
Hər gülü, çiçəyi, yarpağı, Şuşam!
Yaman darıxmışam gör neçə ildir.
Öpüm qucaqlayım, torpağı, Şuşam!
Bu kövrək misralar sənindir sənin,
Varlığım yaşayır sənin adında.
Sənə istəyimi, sənə sevgimi,
Göndərdim şerimin qanadlarında.
Qürbətdə daşıdım dərdi-sərini,
Sənin həsrətindən dəli kimiydim.
Bir ömür yaşadım əzab içində,
Köklənmiş bir sazın sarı simiydim.
Elə darıxmışam səndən ötəri,
Gözümə sürtəcəm torpağı orda.
Gözlərimdə qalmaz arzu-istəyim,
Görsəm dalğalanan bayrağı orda.
Şehli otlarını sıqallayacam,
Bağrıma basacam orda hər gülü.
Hər bahar gələndə bilirsənmi heç,
Gözlərim arayıb Xarıbülbülü.
Ay tərlan xəyalım məni dağların,
Qayasına çatır, daşına çatır.
Qürbətdə heç nəyə gücüm çatmayır,
Gücüm gözlərimin yaşına çatır.
Sən əsir qalandan nələr çəkmişəm,
Sən bahar ömrümü xəzan elədin.
Çox şükür, çox şükür axırda məni,
Bir Şuşa sevdalı ozan elədin.
Nə vaxtdan üzünü görmədim sənin,
Mən nələr yaşadım bu ayrılıqdan.
Müjdə gözləyirdim Şuşa müjdəsi,
Bu səhər başqa cür sökülürdü dan!
Azadlıq sorağı verdi bu səhər,
Ömrümə yazılan gözəl gün oldu.
Sevincdən sözümü deyə bilmirəm,
Axır ki, axır ki, yuxum çin oldu.
Moskva, 08.11.2020
Nəsib Nəbioğlu
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 08-11-2020 16:16
Baxış sayı: 4486
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02