Azərbaycanın sabiq baş prokuroru və səfiri, hazırda DTX təcridxanasında olan Eldar Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə məktub yazıb. Dalidag.az xəbər verir ki, bu barədə axar.az-a Eldar Həsənovun vəkili Adil İsmayılov məlumat verib. E.Həsənov məktubda Qələbə münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib. “İşğal edilmiş tarixi ərazilərimizin Sizin rəhbərliyinizlə qətiyyətlə mənfur düşməndən təmizlənməsi, mədəniyyət beşiyimiz qədim Şuşanın azad edilməsi, millətimizin zədələnmiş

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb. Görüşdə Ermənistanın işğalçılıq siyasəti, onun ağır nəticələrinin aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı mövcud vəziyyət, qaçqınların və məcburi köçkünlərin işğaldan azad edilən ərazilərə qayıtması məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Fransalı diplomata bir daha

“ASAN Radio” işğaldan azad olunan Şuşada səslənən ilk Azərbaycan radiosu olub. Bu barədə “ASAN Xidmət” məlumat yayıb. Şuşa şəhəri 28 il sonra 8 noyabr 2020-ci il tarixində işğaldan azad olunub. Operativ məlumat dalğası - “ASAN Radio” Azərbaycanda 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. Radionu asanradio.az saytından və mobil tətbiqlərdən dinləmək olar. “ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət

Ermənistan ordusu üçtərəfli sazişə uyğun olaraq artıq Kəlbəcəri tərk edib. Dalidag.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” nəşri məlumat yayıb. Qeyd edək ki, 10 noyabr Bəyanatına əsasən, Ermənistan ordusu Kəlbəcərdən 15 noyabra qədər çıxmalıdır.

Rövşən Hüseynov, şair, publisist Tarix yazıram. Bəlli tarix! Azərbaycan hərb tarixini. Dünyanın görə biləcəyi gözlə, duya biləcəyi səslə, Azərbaycan əsgərinin biləyinin gücünü qüvvətini hiss edə biləcək əllə, tarix yazıram.Şanlı Azərbaycan tarixi. Min illər boyu fəxarətlə, qürurla ifadə ediləcək daş salnamələrə yazılacaq tarix. Bu gün mənim günümdür. Əlimdə qələmim titrəmir, beynimdə düşüncələrim qarışmır. Mən tarix yazıram. Azərbaycan Sərkərdəsinin -İlham Əliyev cənablarının qüdrətindən,

“İşğal edilmiş torpaqların hamısı Azərbaycana veriləcək”. Dalidag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Ermənistan atəşkəsi növbəti dəfə pozarsa yenə də bunun bədəlini ödəyəcəklər: “Ermənistan ya könüllü olaraq bu torpaqlardan çıxacaq, ya da Azərbaycan Ordusu öz torpaqlarını geri alacaq. Bu, artıq Ermənistanın seçimidir". Dalidag.az

Artıq Şuşa və Xankəndində Azərbaycanın mobil şəbəkəsi fəaliyyət başlayıb. Dalidag.az-ın məlumatına görə, bu barədə Rusiya KİV-i məlumat yayıb. “İzvestiya” qəzetinin məlumatına görə, mobil şəbəkəyə qoşulmaya “Qelebebizimdir” adı verilib.
Yazı axını