Reklam
Eldar Həsənov Prezidentə nə yazdı?
12-11-2020 21:47
Azərbaycanın sabiq baş prokuroru və səfiri, hazırda DTX təcridxanasında olan Eldar Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə məktub yazıb.Dalidag.az xəbər verir ki, bu barədə axar.az-a Eldar Həsənovun vəkili Adil İsmayılov məlumat verib.
E.Həsənov məktubda Qələbə münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib.
“İşğal edilmiş tarixi ərazilərimizin Sizin rəhbərliyinizlə qətiyyətlə mənfur düşməndən təmizlənməsi, mədəniyyət beşiyimiz qədim Şuşanın azad edilməsi, millətimizin zədələnmiş qürurunun özünə qaytarılmasındakı gərgin, cəsarətli və şərəfli fəaliyyətinizin uğurlu nəticələrinə görə Sizi – Böyük Qayıdışın Sərkərdəsini səmimi qəlbdən təbrik edirəm.
Doğulub boya-başa çatdığım Kəlbəcər artıq işğaldan azad olunmaq ərəfəsindədir. Sizə bir kəlbəcərli və Azərbaycan vətəndaşı olaraq dərin minnətdarlığımı və ehtiramımı bildirirəm. Gücüm gecə-gündüz Sizə və müzəffər ordumuza dualar etməyə çatır”, - məktubda bildirilib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 12-11-2020 21:47
Baxış sayı: 4617Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























