Kəlbəcər rayonu 9 noyabr üçtərəfli razılaşmasına əsasən bir neçə saat sonra, noyabrın 25-i saat 00.00-dan etibarən düşmən tərəfindən boşaldılmalı və Azərbaycanın nəzarəti altına keçməlidir. Hazırda Kəlbəcərin işğalından sonra orada qanunsuz yaşayan mülki işğalçılar və düşmən ordusunun qalıqları rayonu tərk etməkdədir. Kəlbəcərdə dolaşan və ermənilərin evləri, infrastrukturu yandırıb bu torpaqları necə tərk etdiləri haqda reportajlar hazırlayan amerikalı jurnalist-bloqer Patrik Lankaster

Türkiyə Böyük Millət Məclisinin türk hərbçilərinin Azərbaycana göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləməsindən bir həftə ötür. 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək qardaş ölkənin hərbçilərinin gəlişi hələ ki baş tutmayıb. Doğrudur, ekspertlərin əksəriyyəti bu narahatlığa əsas görmür və yaxın günlərdə bu gəlişin reallaşacağını qeyd edirlər. Rəsmi Ankaranın dekabrın ilk on günlüyündə Azərbaycana Silahlı Qüvvələr göndərəcəyi

Ermənistan noyabrın 25-nə qədər işğal altında saxladığı Kəlbəcər rayonunu tərk etməlidir. Ermənistan KİV xəbər verir ki, britaniyalı jurnalist Bert Lankaster rayonu tərk edən sonuncu ermənilərin köç prosesini lentə alıb. Onlar Kəlbəcəri tərk edərkən təkcə əmlaklarını deyil, ərazidə dəfn olunmuş yaxınlarının qəbir daşlarını da özləri ilə Ermənistana aparıblar. Dalidag.az

Rusiya sülhməramlılarının Qarabağdakı əraziləri minalardan təmizləməsi ilə bağlı görüntü yayılıb. Dalidag.az xəbər verir ki, görüntünü “Sputnik Ermənistan” yayıb. Məlumata görə, rus istehkamçıların aşkar etdikləri döyüş mərmiləri və partlayıcı predmetlər poliqona göndərilir və daha sonra burada partladılır. Daşınması mümkün olmayan predmetlərin isə yerində partladılaraq məhv edildiyi bildirilib. Rus hərbçilərin, həmçinin sülhməramlılar üçün tikiləcək stasionar postlar üçün mövqeləri də tədqiq

“Milli Məclisdə bizim bəzi həmkarlarımız da xəstədir”. Dalidag.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. Sədr bütün xəstələrə şəfa diləyib: “Qarşıda bizi çox vacib işlər gözləyir. Biz bu sessiyada dövlət büdcəsinə dəyişiklikləri qəbul etməliyik. Buna görə də sizdən xahiş edirəm və tələb edirəm, özünüzü qoruyun”. Qeyd edək ki, Milli Məclisin bir neçə deputatının koronavirusa youxduğu barədə məlumatlar yayılıb. Dalidag.az

Ermənilərin əlində olan Rusiya hava hücumundan müdafiə sistemləri çoxməqsədli olmalarına baxmayaraq, Qarabağda PUA-ları dayandıra bilmədi. Dalidag.az xəbər verir ki, bu barədə Fransanın “L’Opinion” qəzeti yazıb. Qəzet eyni şeyin bir müddət əvvəl Suriya, xüsusilə Liviyada da baş verdiyini bildirib. “Siqnal qarışdıran "Jammer" sistemləri sahəsində Türkiyə çox inkişaf edib. Rusiyanın yüksək səviyyəli “Jammer” sistemləri var, ancaq türklər də elektron müharibə sahəsində çox irəliləyiblər. Türkiyə
Yazı axını